Accessibility links

Elektrik aviasiya [Video]


Elektrik aviasiya
please wait
Embed

No media source currently available

0:00 0:01:37 0:00

Elektriklə işləyən nəqliyyat vasitələri yavaş-yavaş fosil yanacaqları ilə işləyən nəqliyyat vasitələrini əvəzləyir. Dünya boyu elektrik maşınlara, avtobuslara, velosipedlərə, skuterlərə, hətta elektrik skeytbordlara belə rastlamaq artıq adi hala çevrilib. Növbədə isə elektrik aviasiyadır. Təyyarə istehsalçıları artıq bu sərfəli bazara daxil olmağa çalışırlar.

ABŞ-da qərargahlanan Bye Aerospace adlı şirkətin Sun Flier adlı yeni dörd nəfərlik təyyarəsini sınaqdan keçirdiyi aerodroma yaxın yaşayan insanları təyyarə səsi narahat etmir.

Elektrik təyyarələr daha səssizdir, onlar daha təmiz və daha ucuzdur.
Sonya Qlavaski

“Elektrik təyyarələr daha səssizdir, onlar daha təmiz və daha ucuzdur,” deyə Sonya Qlavaski bildirir.

ABŞ-ın Enerji Departamentində proqram direktoru vəzifəsində çalışan Sonya Qlavaski deyir ki, elektriklə işləyən təyyarə sənayesi sürətlə inkişaf edir.

Bu yaxınlarda Uber elektriklə işləyən kvadkopterlər ilə uçan taksi xidməti planını açıqlayıb.

Bundan əlavə elektrik təyyarələr havanı çirkləndirmir. Onlar daha yüngüldür, mexanikası daha az mürəkkəbdir və beləcə onları təmir etmək daha asandır.

Elektriklə işləyən kiçik təyyarələr artıq istehsal olunur, bir neçə şirkət isə orta-ölçülü laynerlər inkişaf etdirir. Onlardan biri Zunum adlı 27-nəfərlik bu təyyarədir. Lakin Qlavaski deyir ki, onların hələ ki, daha yaxşı mühərriyə və yüngül batareyalara ehtiyacı var.

“Onlar təyyarəni havaya qaldıracaq kifayət qədər enerji istehsal etməlidirlər, eyni zamanda isə kiçik və yüngül olmalıdırlar,” o söyləyir.

Zunum
Zunum

Airbus, Rolls-Royce və Siemens E-Fan X adlı tam-ölçülü benzin və elektriklə işləyən hibrid təyyarə layihəsi üzərində işləyir.

Digərləri isə daha radikal konsepsiyaları nəzərdən keçirir. Məsələn uçan qanad.

Bu əsrin əvvəlində elektrik maşın texnologiyası sahəsində əldə olunan sürətli irəliləyişlər onu göstərir ki, biz çox yaxında hava səyahətinin çox ucuz olduğu dövrə daxil olacağıq.

XS
SM
MD
LG