Accessibility links

Elektrik avtomobillərin satış tempinin sürətlənməsinə nə mane olur?


Elektrik avtomobillərin satış tempinin sürətlənməsinə nə mane olur?
please wait

No media source currently available

0:00 0:03:15 0:00

Noyabr ayında 100 elektrik avtobus Çiliyə çatdırılıb. Prezident Sebastian Pinera onları paytaxt Santyaqoda qarşılayıb.

Sebastian Pinera, Çili prezidenti: “Çili dəyişikliklər edəcək. Ölkəmiz Çindən sonra elektrik avtobusların sayına görə dünyanın ikinci ölkəsi olacaq.”

Kosta Rikada elektrik nəqliyyat vasitələri hökumətin iqtisadiyyatı karbonsızlaşdırma planının əsas hissəsidir.

İstehsalçılar növbəti illərdə biznesin sürətli inkişafını ehtimal edirlər.

Mariano Avalos, Elektrik Avtomobilləri satıcısı:“Biz hamımız 2030-cu il üçün planı eşitmişik. Həmin vaxta qədər avtomobillərin yarısı elektriklə çalışacaq. Hal-hazırda ölkədə cəmi 600 elektrik avtomobil var. İnanıram ki, növbəti il bu rəqəm 3-4 dəfə artacaq.”

İqlim dəyişikliyi ilə bağlı narahatlıqların artdığı bir zaman avtomobillər və avtobuslardan tutmuş, skuterlərə qədər elektrik nəqliyyat vasitələrinin sayı getdikcə artmaqdadır.

Dünyanın istixana qazlarının 14 faizi nəqliyyatın üzərinə düşür. Neft istehlakı da öz növbəsində artmağa davam edir. Havanın çirklənməsi də onunla bərabər artır.

Məhz elə buna görə, elektrik avtomobillər tüstülü şəhərləri cəlb edir. Hindistan elektrik avtomobili istehsalçısının nümayəndəsi Saptaşi Çakraborti:

“Bu maşınlar havanı çirkləndirmir. Həm də, benzin və ya dizellə çalışan maşınlarla müqayisə etsəniz, istifadəsi daha ucuzdur.”

Məsrəflər daha azdır, çünki avtomobili enerji ilə doldurmaq əksər hallarda qaz və ya dizeldən daha ucuzdur. Elektrik motorların xidməti də daha az xərc tələb edir.

Lakin elektrik avtomobillərin qiyməti, ənənəvi avtomobillərdən daha bahadır.

Onların satışının artımı dünyanın əksər yerlərində hökumət subsidiyaları hesabına baş verir.

Norveçdə satılan avtomobillərin üçdə birindən çoxu elektriklə çalışır. Sürücülərin dediyinə görə, böyük vergi güzəştləri bu avtomobilləri almağa həvəsləndirir.

Kristian Bul, Elektrik avtomobili sahibi: “Biz pulsuz park edə bilirik. Şəhərə pulsuz daxil oluruq. Həm də at gücü üçün ödəməli olduğumuzu pul daha azdır. Bu güzəştlərlə hər şey daha ucuzdur. Bunun böyük təsiri var.”

Lakin hökumətlər bəzi güzəştləri geri götürməyə başlayır. Digərlərinin müddəti isə 2021-ci ildə bitir. Bu, elektrik avtomobilləri daha az cəlbedici edə bilər. Elektrik avtomobili sürücüsü İda Vihovde:

“Ənənəvi avtomobillə eyni olsaydı, mən bu barədə heç düşünməzdim. Lakin, indi vergi güzəştləri və enerji doldurulmasına görə, onlar daha ucuzdur. Ona görə də, bu avtomobilləri indi almaq çox sərfəlidir. Amma onlar bu güzəştləri ləğv etmək istəyirlər. Ona görə də, bilmirəm.”

Batareyaların qiyməti sürətlə aşağı düşür. Amma hesablama deyir ki, elektrik avtomobillər ənənəvi avtomobillərlə qiymət rəqabəti 2030-cu ilə qədər mümkün olmayacaq.

Norveçin Elektrik Avtomobilləri Assosiasiyasının nümayəndəsi Stale Fridenlundun sözlərinə görə, hökumətin hədəflərinə çatması üçün subsidiyalara ehtiyac ola bilər:

“2025-ci ilə qədər satılan avtomobillərin 100 faizi elektrik avtomobillər olmalıdır. Ona görə də, bu hədəfə çatmaq üçün daha təkidli olmalıyıq.”

Ekspertlər deyir ki, havanın çirkləndirilməsi daha bahalı olan vaxta qədər elektrik nəqliyyat vasitələri hökumətlərin dəstəyinə ehtiyac duyur.

XS
SM
MD
LG