Accessibility links

Amerika Tibb Assosiasiyası: Elektron siqaretdən istifadə etməyin


Amerika Tibb Assosiasiyası ölkədə 5 ölüm hadisəsi də daxil olmaqla, son zamanlar 450 nəfərdə ağciyər xəstəliyinə elektron siqaretin səbəb olduğundan şübhələnir və bu siqaretdən istifadə etməməyə çağırır.

Bu siqaretin adi siqaretə tamamilə təhlükəsiz alternativ olduğunu demək üçün kifayət qədər tədqiqat aparılmayıb.


Ölkənin ən nüfuzlu həkim qruplarının bir araya gəldiyi Amerika Tibb Assosiasiyası Ərzaq və Dərman Administrasiyasından gənclərin xoşuna gələn ətirli cihazlara da qadağa daxil olmaqla, elektron siqaretlərlə bağlı federal tənzimlənməsini sürətləndirməyə çağırıb.

Bazar ertəsi Ərzaq və Dərman Administrasiyası ən böyük elektron siqaret istehsalçısı olan JUUL şirkətinə sərt bir xəbərdarlıq məktubu göndərərək, şirkəti məhsullarının təhlükəsizliyinə dair sübüta yetirilməmiş dəlillər irəli sürməkdə və gənclər arasında marketinqdə ittiham edib.

Juul e-cigarrette
Juul e-cigarrette

JUUL Ərzaq və Dərman Administrasiyasının məktubunu nəzərdən keçirdiyi və tam əməkdaşlıq edəcəyinə dair bəyanat açıqlayıb. Elektron siqaretlər tüstü yaratmaq üçün nikotin mayesi ilə dolu kartricləri qızdırır.

Mütəxəssislərin çoxu elektron siqaret tüstüsünün tütün tüstüsü qədər təhlükəli olmadığını desə də, bu siqaretin adi siqaretə tamamilə təhlükəsiz alternativ olduğunu demək üçün kifayət qədər tədqiqat aparılmayıb.

XS
SM
MD
LG