Accessibility links

"Məqsədimiz yüz minlərlə narazı insana platforma verməkdir" [Audio-Müsahibə]


AXCP sədri Əli Kərimli Milli Şuranın mitinqi haqda Amerikanın Səsinə danışır

"Avtoritar rejimlərdə yalnız kütləvi keçirilən mitinqlər, nümayişlər nəticə yarada bilirlər," deyə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Amerikanın Səsinə müsahibədə bildirib. "Avtoritar rejimlər yanlnız güclə hesablaşır və biz hələlik son illərdə hakimiyyətin qorxa biləcəyi kütləviliyi ortya qoya bilməmişik."

Milli Şuranın aprelin 9-da keçiriləcəyini elan etdiyi mitinqin vaxtı dəyişdirilib. Bakı Meriyası mitinqin aprelin 8-də saat 15-də "Məhsul" stadionunda keçirilməsini təklif edib.

please wait

No media source currently available

0:00 0:10:24 0:00

Xalq Cəbhəsi lideri Əli Kərimli meriyanın buna nə kimi izahat verdiyindən danışıb. O əvvəlcə təşkilat komitəsi nümayəndələrinin meriyaya dəvət edildiyini və sonra qərarlarını açıqladığını bildirib. Əli Kərimli onların inzibati şəkildə, qanunsuz rəsmi məktub göndərdiklərini və mitinqin vaxtının dəyişdirildiyini bəyan etdiklərini deyib.

Avtoritar rejimlər yanlnız güclə hesablaşır və biz hələlik son illərdə hakimiyyətin qorxa biləcəyi kütləviliyi ortya qoya bilməmişik.

"Yəni Konstitusiyada növbəti dəfə pozdular. Onsuz da Azərbaycanda toplaşma azadlığı ciddi şəkildə məhdudlaşdırılıb. Bakıda yalnız bir stadionda mitinqlər keçirilməsinə razılıq verilir. Regionalarda mitinqlərə, piketlərə imkan verilmir. Ölkədə yürüşlər ümumiyyətlə qadağandır... Biz maksimum çox adamın iştirak etməsini istəyirik. Ona görə də, mitinqləri icra hakimiyyəti ilə razılaşdırırıq."

Mitinqdə səsləndiriləcək əsas şüarlardan danışan Əli Kərimli bunların "Talana, monarxiyaya son!", "Siyasi məhbuslara azadlıq!",olduğunu deyib.

"Biz korrupsiya və və rüşvət piramidasının dağıdılmasını tələb edirik. Biz bu ölkədə talançılıq siyasətinin dayandırılmasını tələb edirik. Biz 150 nəfərdən artıq siyasi məhbusa azadlıq tələb edirik," deyə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri bildirib.

Əli Kərimli Azadlıq qəzeti, AzadlıqRadiosu, Meydan TV saytlarına Azərbaycan hüdudlarında girişin bağlanması ilə təşviqat imkanlarının məhdudlaşdırıldığını deyib.

O, hazırda insanları kütləvi etirazlara cəlb etməyin sosial medianın bir neçə platforması ilə mümkün olduğunu bildirib.

XS
SM
MD
LG