Accessibility links

Əli Yunesi: İranda etnik ayrı-seçkilik yoxdur


İranda iki həftə öncə qeyri-fars etnik qruplar və dini azlıqlarla bağlı məsələləri üzrə prezident Həsən Ruhaninin baş yardımçısı təyin edilmiş sabiq təhlükəsizlik naziri Höccətül-İslam Əli Yunesi ölkədə insanların etnik və dini mənsubiyyətinə görə ayrı-seçkilik və məhdudiyyətlərlə qarşılaşdığını inkar edib.

“Etnik bölgələrdə yaşayan xalqın nümayəndələri azlıq olduqları üçün məhrum olunmuş kimi hiss edə bilər, halbuki onların durumu qeyri-etnik bölgələrdən belə daha yaxşı ola bilər. İranda çatışmazlıqlar vardır, ancaq bunun etnik mənsubiyyətlə əlaqəsi yoxdur... bəlki etnik bölgələr və qeyri-etnik bölgələrdəki əhali bu xüsusda fərqli düşünür. Belə düşünmənin bir səbəbi rəqiblər və düşmənlər tərəfindən, eləcə də xaricdən gələn təbliğatdır...” deyə Əli Yunesi Arman qəzeti ilə müsahibəsində söyləyib.

İranın siyasi çevrələrində fars və qeyri-fars terminləri yerinə adətən qeyri-etnik və etnik terminləri işlədilir.

Sabiq təhlükəsizlik naziri müxtəlif bölgələrdə vəziyyəti təsvir edib. “Misal üçün Tehranın şimalında əhalinin durumu yaxşıdır, lakin paytaxtın cənub hissəsində və ya ətraf şəhərlərdə əhalinin qarşılaşdığı məhrumiyyətlər Bəluçistan vilayətindən də artıqdır,” deyə prezidentin azlıqlar üzrə yardımçısı qeyd edib.

Azərbaycan veb səhifələrində yayılmış hesabatlara istinadən türklərin sıx yaşadığı Tehranın cənub bölgələrində əhalinin əksəriyyəti İranın yoxsul vilayətlərindən paytaxta mühacirət etmiş etnik və dini azlıqlardan ibarətdir.

Cənab Yunesi müsahibəsində ana dilində təhsil haqqı ilə bağlı heç nə deməyib. Birləşmiş Millətlər Təşkilatı və beynəlxalq insan haqları qruplarının bəyanatlarında ana dilində təhsilin təmin edilməməsini İranda qeyri-fars icmalara qarşı ayrı-seçkiliyin ən bariz göstəricilərindən biri kimi qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG