Accessibility links

Əli Həsənov: Referendumdan sonra ciddi islahatlar həyata keçiriləcək [Video]


Əli Həsənov
Əli Həsənov

Prezidentin köməkçisi Venesiya Komissiyasının referendum aktı ilə bağlı tənqidi mövqeyini qəbul etmir

Avropa Şurası Venesiya Komissiyasının Konstitusiyaya düzəlişlər üzrə rəyi rəsmi Bakı üçün hökm deyil. Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun bəyanatının ümumi mənası belədir.

“Venesiya Komissiyası Azərbaycan tərəfin layihəni ekspertiza üçün göndərməsi ilə bağlı müraciət etsəydi, biz bu layihəni onlara göndərərdik. Amma, bu məsələ ilə ciddi-ciddi maraqlanmayan komissiya sifarişlə rəyi elan edib”, deyə Həsənov bazar ertəsi Avropa Şurası Venesiya Komissiyasının rəyini jurnalistlərə şərh edərkən bildirib.

Onun sözlərinə görə, Bakı “sifarişlə Azərbaycana qarşı belə bəyanatlar verən” beynəlxalq təşkilatların tənqidinə “adekvat” yanaşır.

“Azərbaycan dövlət bu təşkilatlarla Azərbaycan xalqının maraqları və iradəsi çərçivəsində əməkdaşlıq edir. Biz referendum aktını xalqın iradəsinə buraxmışıq. Xalq “hə” desə, prezidentin təşəbbüsü ilə akt həyata keçiriləcək. Xalq “yox” desə, bu, dəstəklənməmiş təşəbbüs kimi tarixə keçəcək”, Həsənov bildirib

Onuin dediyinə görə, Azərbaycanda referendumdan sonra ciddi islahatlar həyata keçiriləcək,

Prezidentin köməkçisi hesab edir ki, islahatlar prosesi artıq başlayıb.

O etiraf edib ki, Azərbaycanda “postneft dövrü” hakimiyyətin gözlədiyindən əvvəl başlayıb, buna görə “prezident İlham Əliyev dərhal islahatlar aparılması təşəbbüsü irəli sürüb”, Referendum məhz islahatlar məqsədinə xidmət edir, Həsənov belə iddia edir.

O, referendumdan sonra məhz hansı islahatların başlayacağını açıqlamayıb, yalnız “Azərbaycan xalqına yaxşı və çiçəklənən həyat” vəd edib.

XS
SM
MD
LG