Accessibility links

Avropa Məhkəməsi Əli İnsanovun şikayətini təmin edib


Əli İnsanov
Əli İnsanov

Azərbaycan hökuməti 3 ay ərzində Böyük Palataya şikayət verməsə keçmiş naziri həbsdən azad etməlidir

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə qərarı açıqlayıb.

Məhkəmə İnsanovun Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncələrin qadağan olunması) və 6-cı (ədalətli məhkəmə təhqiqatı hüququ) hüquqlarının pozulduğunu təsdiq edib və ona 10 min avro təzminat ödənilməsi barədə qırar çıxarıb. Bu barədə Amerikanın Səsinə İnsanovun vəkili Toğrul Babayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti üç ay ərzində Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasına şikayət verə bilər. Şikayət təmin edilməsə, Ali Məhkəmənin Plenumu İnsanov barəsində qanunsuz məhkəmə qərarlarının ləğvi haqqında qərar qəbul etməlidir.

Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib. Lakin sonradan o, dövlət əmlakının oğurlanması və mənimsənilməsi ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG