Accessibility links

Elina Hacıyevanın işi üzrə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib


Bakı Apellyasiya Məhkəməsində162 saylı orta məktəbin şagirdi Elina Hacıyevanın ölümü ilə əlaqədar hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Bugünkü məhkəmə prosesində Elina Hacıyevanın nümayəndəsi Sevinc Əliyeva çıxış edərək, Səbail rayon Məhkəməsinin qərarından narazı olduqlarını bildirib: "Məhkəmənin hökmündən qismən narazıyıq. Məhkəmə təqsirləndirilən şəxsin əməlində cinayət əməlini sübuta yetirdi. Lakin Sevinc Abbasovaya verilən cəza yüngül oldu, onun cəzası ağırlaşdırılmalıdır. Onun barəsində həbsli cəza verilməlidir".

Sevinc Əliyeva həmçinin təqsirləndirilən şəxsə və Təhsil Nazirliyinə qarşı qaldırdıqları 100 min manatlıq mülki iddianın təmin edilməsini istəyib.

Elina Hacıyevanın anası Sevil Hüseynova isə çıxış edərək Sevinc Abbasovaya qarşı daha ağır cəza verilməsini istəyib:

"Sizdən xahiş edirəm ki, qızımın qanı yerdə qalmasın".

Təqsirləndirilən Sevinc Abbasovanın vəkili Sadiq Bağırov bildirib ki, zərərçəkmiş şəxsin verdiyi apelyasiya şikayət təmin edilməməlidir. O, müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Sevinc Abbasova çıxış edərək məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bundan sonra məhkəmə müşavirəyə gedib.

Müşavirədən qayıdan məhkəməbirinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edib.

Bakıda 162 saylı ümumtəhsil məktəbində oxuyan Elina Hacıyeva bu il aprelin 4-də özünü məktəbin üçüncü mərtəbəsindən atıb, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da aprelin 6-da vəfat edib.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət bəsləndiyi qeyd olunur.

"Məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib,” Baş Prokurorluğun açıqlamasında belə yazılıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG