Accessibility links

"Elina işi"ndə prokuror məktəb direktoruna cəza istəyib


"Elina işi"ndə prokuror məktəb direktoruna cəza istəyib
please wait

No media source currently available

0:00 0:02:44 0:00

"Elina işi"ndə prokuror məktəb direktoruna cəza istəyib

Prokuror məktəbin keçmiş direktorunun azadlığının 2 il 6 ay məhdudlaşdırılmasını təklif edib

Bakıda Səbail Rayon Məhkəməsində intihar etdiyi bildirilən şagird Elina Hacıyevanın ölümü ilə bağlı prokuror cinayət məsuliyyətinə cəlb olunan keçmiş məktəb direktoru Sevinc Abbasovanın azadlığının 2 il 6 ay məhdudlaşdırılmasını təklif edib. Dövlət ittihamçısı ona əlavə cəza kimi 3 il pedaqoji fəaliyyətlə məşğul olmağın qadağan olunmasını uyğun bilib.

Prokuror deyib ki, Sevinc Abbasovaya qarşı Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2 (səhlənkarlıq-ağır nəticələrə səbəb olduqda) maddələri ilə verilən ittiham məhkəmədə sübuta yetirilib. Onun işini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur.

Təqsirləndirilən Sevinc Abbasova deyib ki, ittihamların məhkəmədə sübuta yetirilməsi barədə prokurorun dedikləriylə razılaşmır:

"Heç nə sübuta yetirilməyib. Ümumiyyətlə, istintaq düzgün istiqamətdə aparılmayıb."

Elinanın anası Sevil Hüseynova deyib ki, prokurordan belə yumşaq cəza tələbi gِözləmirdi.

"Ümidim vardı ki, heç olmasa, 3 il həbs olunacaq. Vəkillərim əllərindən gələni eləyirlər. Əgər nəticə istədiyimiz kimi olmasa, bu işi Avropa Məhkəməsinə çıxaracağıq. Belə qoymayacağıq," o qeyd edib.

Öz növbəsində zərərçəkmişin vəkilləri dövlət ittihamçısının çıxışını ədalətsiz hesab edir.

Bakıda 162 saylı ümüumtəhsil məktəbində oxuyan Elina Hacıyevanın bu il aprelin 4-də özünü məktəbin üçüncü mərtəbəsindən atıb, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da aprelin 6-da vəfat edib.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət bəsləndiyi qeyd olunur.

"Məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib,” Baş Prokurorluğun açıqlamasında belə yazılıb.

XS
SM
MD
LG