Accessibility links

ABŞ-da immiqrantların saxlanılma mərkəzi [Video]


ABŞ-da immiqrantların saxlanılma mərkəzi
please wait

No media source currently available

0:00 0:02:21 0:00

ABŞ-ın hazırkı siyasətinə əsasən vizasının olub-olmadığından asılı olmayaraq, ABŞ gömrüyünə çatıb sığınacaq tələb edən şəxslər həbs olunmalıdır.

İmmiqrantların saxlanılma mərkəzinə düşən insanlar ən azından bir neçə ay orada qalır.

Mən hələ heç vaxt bu qədər təcrid olmamışdım. Orada bizə nə etməli və nə etməməli olduğumuzu deyirdilər. Onlar istəsək də, istəməsək də bizə yemək verirdilər.
Edafe Okporo

Nyuark hava limanının yaxınlığındakı sənaye ərazisində yerləşən Elizabet Saxlanılma Mərkəzində çox sayda immiqrant var. Onların bəziləri cinayət də törədib.

İmmiqrasiya rəsmiləri deyir ki, sentyabr ayına olan məlumatlara görə, immiqrasiya qanunları pozuntularına görə ölkə boyu 38 min insan həbsdədir. Onların bəziləri sığınacaq axtaran mühacirlərdir.

Mərkəzdəki təhlükəsizlik yoxlanışı hava limanındakı yoxlanışlara bənzəyir. Ziyarətçilər şəxsiyyət vəsiqəsi göstərməli, şəxsi əşyalarını qıfıllanan qutuya qoymalıdırlar. İçəri telefon daxil etmək, şəkil çəkmək, çəkiliş etmək, səs yazmaq qəti qadağandır. Bu şəkilləri Ratqers Universitetinin doktorantura tələbəsi Kristin Skorson mərkəzi gəzəndən sonra çəkib.

Edafe Okporo 5 ay boyunca Elizabetdə saxlanılıb.

“İmmiqrasiya rəsmiləri mənə dedi ki, onların immiqrantları yerləşdirməyə yerləri yoxdur, ona görə də məni həbsxanaya aparırlar”, Okporo deyir.

Okporo Nigeriyadandır. Orada o, gey qrupu üçün fəallıq edirdi. Lakin Nigeriyada eynicinslilərin nikahı qeyri-qanunidir. 2016-ci ilin oktyabrında o, Nyu Yorkda yerləşən insan haqları təşkilatı tərəfindən mükafata layiq görülüb. Təşlikat onun şəklini dərc edərək, onu ifşa edib.

“İcma mənim edan edilməmi istəyirdi, ona görə də mən qaçmalı oldum. Mənim ABŞ vizam var idi. O mənim yeganə səyahət sənədim idi və mən onunla buraya gəldim”, deyə Okporo bildirir.

“Mən hələ heç vaxt bu qədər təcrid olmamışdım. Orada bizə nə etməli və nə etməməli olduğumuzu deyirdilər. Onlar istəsək də, istəməsək də bizə yemək verirdilər”, o əlavə edir.

“Mən həmişə otaqda qalıb, mənim işimin nə olacağını düşünüb, narahatlıq yaşayırdım. Əgər sığınacaq tələbim təsdiq olunmasa, ölkəmə qayıtmalı olacağam. Təsdiq olunsa azadlığa buraxılacağam. Amma hara gedəcəyimi bilmirdim. Mən depressiyada idim, çünki ailəm cinsi oriyentasiyama görə, məni qəbul etmir”, Okporo söyləyir.

Okporonun sığınacaq tələbi qəbul olunub və o artıq Amerikada yeni həyatına başlayıb. O, üç işdə işləyir.

“Mən yemək kitabı hazırlamışam. Kitabda dünyanın müxtəlif yerlərindən gələn 40 qaçqının bişirdiyi reseptlərə yer verilib”, Okporo deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG