Accessibility links

Ella Fitscerald - Amerikanın Birinci Mahnı Ledisi [Audio]


Ella Fidzceraldın həyat yolu
please wait

No media source currently available

0:00 0:05:31 0:00
Direct link


1933-cü il. Nyu-York şəhəri. O zaman Ella Fitsceraldın 16 yaşı var idi. O, Harlem məhəlləsindəki “Apollo” teatrında keçiriləcək müsabiqədə çıxış etməli idi. O, rəqs etməli idi. Bu müsabiqədə daha iki nəfər çıxış etməli idi ki, onlar Elladan daha yaxşı rəqs edirdi.

​Bu müsabiqədə Ella rəqs etmək əvəzinə mahnı ifa edir, “Cudi” mahnısını. Tamaşaçılar onu alqışlayaraq, daha bir mahnı oxumasını istəyir. O, bir mahnı da oxuyur və müsabiqənin qalibi olur. Birinci yeri tutan Ellaya 25 000 dollar mükafat verilir.


“Apollo” teatrındakı müsabiqə Ellanın həyatını tamamilə dəyişir. Müsabiqənı izləyən musiqi qrupunun başçısı Çak Veb Ellanı onun qrupunda oxumağa dəvət etdi və ona tamaşaçı qarşısında ifa etməyi, səhnə üçün necə geyinməyi öyrədir. 3 ildən sonra Ella Fitceraldın ilk "A-Tisket-a-Tasket” adlı ilk valı çıxdı.

Ella Fitscerald 1917-ci ildə Virciniya ştatının Nyuport şəhərində anadan olub. Atası onları o körpə ikən atıb. Bundan sonra anası Ella ilə birlikdə Nyu-York şəhərinə köçür. Anası Ella 15 yaşında ikən ölüb.

Anasının ölümündən bir il sonra, 1939-cu ildən Ella Çak Veb dünyasını dəyişənə qədər onun musiqi qrupunda müğənnilik edir. Çak Vebin vəfatından sonra Ella onun qrupunu II Dünya Müharibəsi başlayana qədər saxlaya bilir. Lakin qrup üzvlərinin çoxu müharibəyə gedir.

O zamanlar Ella Fitsceralda Çarli Parker və Dizzi Gilspayın musiqisi güclü təsir göstərmişdi, bu “Be-bop” adlanırdı. Ella “Be-bop” ritmindən öz ifasında istifadə edirdi. 1945-ci ildə o, yazdırdığı “Flying Home” – “Uçan Ev” mahnısında da bundan istifadə edir. Tənqidçilər bunun o dövrün ən məşhur caz musiqisi olduğunu deyirdilər.

1949-cü ildə musiqiçi Norman Qranz Ellanı öz qrupuna dəvət edir. Bir müddətdən sonra Norman Qranz Ella Fitsceraldın meneceri olur və yalnız onun üçün səsyazma şirkəti açır. Qrantz Ellanın “Songbooks” – “Mahnı kitabları” adı ilə albomlarını yazır. Bu albomda Ella Kol Porter, İrvinq Berlin, Dyuk Ellinqton, Ceremi Körn və Horald Arlen kimi bəsətkarların mahnılarını ifa edir. Ella Corc və İra Gerşvinlərin mahnılarını oxuyur.

​Ella Fitscerald televiziya və filmlərə də dəvət edilir. O, getdikcə dünyada tanınmağa başlayır. Bəzən ilin 40 həftəsini müxtəlif ölkələrdə konsertlər verir.

1960-cı illərdə Ella Fitscerald daha müasir musiqiyə baş vurur və Beatles and Burt Bacharach-ın mahnılarını ifa edir. Lakin bu janrdakı mahnılar ona uğur gətirmir və o, yenidən Jazz janrına qayıtmalı olur. 1973-cü ildə o, yenidən Norman Qranzla işləməyə başlayır.

Ella Fitcerald iki dəfə ərdə olur və boşanır. O, övladlığa götüdüyü 3 usağı böyüdür.
1970-ci illərdə Ella Fitsceraldın səhhətində problemlər yaranır. O, diabet xəstəliyinə tutulur ki, bu da onun görmə qabiliyyətinə təsir edir. 1986-cı ildə müğənninin ürəyində cərrahiyə əməliyyatı keçirilir. 1993-cü ildə şəkər xəstəliyi səbəbindən onun iki ayağı kəsilməli olur. Ella Fitscerald 1996-cı ilin iyun ayının 15-də vəfat edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG