Accessibility links

Elmə dəstək yürüşü


Alimlər presedentsiz bir addım ataraq dünyanın 600-dən çox şəhərində yürüşlər təşkil edir. Onlar dəlillərə əsaslanan bilgilərə qarşı artmaqda olan siyasi təzyiqlərə etiraz edir.

Elm yürüşünə Avstraliya, Braziliya, Kanada, Nigeriya, Cənubi Koreya, İngiltərə və bir çox ölkə şəhərlərinin alimləri qatılıb.

Berlin yürüşlərində 10 mindən çox insan iştirak edib.

Nümayişçilərin üzərində "Faktlar hissiyyat deyil", "Biz dəlilləri olan ekspertləri sevirik" kimi sözlər yazılmış plakatlar qaldırıb.

Cenevrədə yürüş iştirakçıları "Elm-qaranlıqda şam" and "Elm cavabdır" kimi şüarlar səsləndirib.

Londonda elmi dəstəkləyən şüarlarla plakatlar qaldırılıb.

Paytaxt Vaşinqtonda çadırlar qurulub. Çoxsaylı alim müzakirələrdə iştirak edib, natiqlərin çıxışları səslənib.

Yer Kürəsi gününə təsadüf edən beynəlxalq tədbirin təşkilatçıları yürüşün nə Tramp administrasiyası, nə də heç bir siyasi partiya əleyhnə təşkil edildiyini bildirir.

Onlar bu tədbirlə elmin həyati rolunun vacibliyini önə çəkdiklərini deyir.

XS
SM
MD
LG