Accessibility links

Elman Rüstəmov: Mayın sonundan "Amrah Bank" və "AtaBank"da qalan əmanətlərin qaytarılmasına başlanılacaq


Elman Rüstəmov
Elman Rüstəmov

“Bağlanan banklardakı əmanətlərin qaytarılmasına bu ayın sonundan başlanılacaq”.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında bildirib.

“Qanunvericilikdə bu müddət 3 ay nəzərdə tutulsa da, mayın sonundan "Amrah Bank" və "AtaBank"da qalan əmanətlərin qaytarılmasına başlanılacaq," o bildirib.

AMB sədri "Amrah Bank"ın işçilərinin etirazına münasibət bildirib.

"Amrah Bank”ın işçilərinin dünənki etirazı emosional xarakter daşıyır. İşçilərin əməkhaqqının verilməsi üçün tədbirlər görülməsinə başlanılıb. Bank kadrları araşdıracaq və onların işlə təminatına yardım edəcəyik.

"Amrah Bank"da apardığımız yoxlamalar göstərdi ki, bu bankda da "AtaBank"da olduğu kimi ciddi kapital çatışmazlığı var. "Amrah Bank"ın rəhbərliyinə əlavə vaxt verilmişdi. Biz onlara bildirdik ki, əlavə maliyyələşmə üçün imkanlar var. Onlar da buna razı olmadıqlarını dedikdən sonra biz bu qərarı verdik. AMB hansısa bankın bağlanmasında maraqlı deyil. Bu məsələ Maliyyə Sabitliyi Şurasında müzakirə edildi və həmin bankları sağaltmaq mümkün olmadığı üçün "cərrahiyyə əməliyyatı" aparıldı," o deyib.

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov "AGBank" və "NBC Banklara da toxunub.

"Bankın əmanətçiləri narahat olmasınlar, onların əmanətləri qorunur. O banklarda çalışanların əmək haqları da ödəniləcək," o deyib.

Aprelin 28-də Azərbaycan Mərkəzi Bankı (AMB) inzibatçı təyin etdiyi 4 bankla bağlı açıqlama yayıb.

MB-ın İdarə Heyəi aprelin 27-də AtaBank ASC, AGBank ASC, NBCBank ASC və Amrah Bank ASC-yə müvəqqəti inzibatçılar təyin etmişdi. Onların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.

Mərkəzi Bankın İdarə Heyətinin aprelin 28-də verdiyi qərara əsasən həmin banklardan ikisinin - AtaBank ASC-nin və Amrah Bank ASC-nin lisenziyaları ləğv edilib.

MB vurğulayıb ki, 2019-cu il noyabrın 28-də Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildikdən və qanunvericiliklə müəyyən edilmiş aidiyyəti səlahiyyətlər təhvil alındıqdan sonra hər iki bankda yoxlama aparılıb:

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri istehlak kreditlərinə də toxunub. Onun sözlərinə görə, son vaxtlar ölkədə istehlak kreditləri azalmaqda, biznes kreditləri artmaqdadır:

“İstehlak kreditlərinin məhdudlaşdırılması və biznes kreditlərinin artırılması başlıca istiqamətlərdəndir. Başqa maliyyə modelimiz yoxdur. Neftin qiymətinin düşməsi şəraitində, özünütəcrid dövründə maliyyə sektoru iqtisadiyyatı gücləndirməli olan əsas tərkib hissəsi olmalıdır. İstehlak kreditlərin idarə edilməsi istiqamətində addımlar atılıb, hazırda əlavə addım atmaq fikrində deyilik. İstehlak kreditlərinin verilməməsi kimi tələb qoyulmayıb. Sadəcə bu kreditlər əhalinin borc yükünü ağırlaşdırmadan verilməlidir. Əsasən real iqtisadiyyatı gücləndirmək istiqamətində işlər görülməlidir,” Rüstəmov bildirib.

İqtisadçı ekspert Samir Əliyev Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmovun bu gün dediklərinə münasibət bildirib.

“Əmanətlərin tam sığortalanması haqqında qanun dekabrın 4-dək uzadıldı. Bu o deməkdir ki, hər iki bankda olan əmanətlər əgər qorunursa, bu əmanətlər manatla ifadədə illik 10 faizlə, xarici valyutada ifadədə illik 10.5 faizlə yatırılıbsa, onlar dövlət tərəfindən tam qaytarılacaqdır. Bunun üçün əlbəttə bir sıra prasedurlar olmalıdır. Məhkəmə Mərkəzi Bankın qərarını təsdiqləməlidir. Bundan sonra yəqin ki, Mərkəzi Bank əmanətlərin sığırtlanması fondu ilə bu prosesə başlayacaq. Agent bank müəyyən ediləcək. Agent bank tərəfindən əmanətlərin qaytarılması olacaq .Əmanətçi üçün seçim olacaq. Ya istəyər həmin bankda əmanətini saxlayar, ya da istəməz götürər. Yerdə qalır qorunmayan əmanətlər. Əgər bu bankda qorunmayan əmanətlər varsa, bu halda onların taleyi sual altındadır. Bu aslı olacaq bankın vəziyyətindən. Çünki bankın həm alacağı və verəcəyi var. Əgər, belə deyək, bütün borclar ödənildikdən sonra ,bütün əmlaklar satıldıqdan sonra əldə əlavə vəsait qalarsa onda qorunmayan əmanətlərin qaytarılmasına başlanacaq.”

Samir Əliyev istehlak, biznes kreditlərinə də münasibət bildirib.

"Aqro və mikro kreditlərin artırılması çox vacibdir. Azərbaycanda kredit qoyuluşunun təxminən yarısı istehlak kreditlərinin payına düşür. Biznes kreditləri ölkədə iqtisadi aktivliyi artırmaq, biznesin inkişafı, xüsusən də qeyri neft sektorunun inkişafı üçün çox vacibdir. Bunların içərisində nəzərə alsaq ki, bizdə kənd təssərrüfatı əsas neftə alternativ sahələrdən biri hesab olunur. Bu sahədə risk yüksək olduğundan banklar aqrar sahəyə kredit ayırmağa maraqlı deyillər. Düşünürəm ki, mikro sahədə kreditləri artırmaqla faiz dərəcələrini azaltmaqla mikro və kiçik sahibkarlığın inkişafını dəstəkləmək olar. Eyni zamanda aqrar sahəyə kredit ayırmaqla fermerleri dəstəkləmək olar və bununla da yerli istehsalı dəstəkləmiş olar," ekspert Amerikanın Səsinə deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG