Elman Rüstəmovun Mərkəzi Bankın idarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqındAzərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib.
Müzakirə aprelin 11-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında baş tutub.
Milli Məclisdən Amerikanın səsinə verilən məlumata görə, hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi təqdimaları Milli Məclisin plenar iclasında müzakirə üçün tövsiyə edib.
Belə ki, Milli Məclisin aprelin 12-nə təyin olunan plenar iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında məsələyə baxılacaq.
Elman Rüstəmov 1995-c ildən Azərbaycan Respublikasl Mərkəzi Bankın sədridir.
Taleh Kazımov isə Paşabankın İdarə heyətinin sədridir.
Milli Məclisin deputatı Vüqar Bayramov Amerikanın səsinə bildirib ki, Mərkəzi Bankda kadr islahatlarının aparılması zəruri idi.
“O baxımdan Azərbaycan Respublikası Prezidentinin təqdimatına uyğun olaraq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində yeni təqdimata baxıldı və dəstəkləndi. Nəzərə alsaq ki, yeni düzən konteksində həm qlobal bazarlarda, həm istehlak məhsulların qiymətində artımlar var. Eyni zamanda məzənnə siyasətinin təkmilləşdirilməsi daha da prioritetləşib. Dünya bankı da daxil olmaqla aparıcı maliyyə qurumları Azərbaycan üçün inflasiya proqnozuna baxaraq, dəyişikliklər edib. Bu isə ondan xəbər verir ki, 2022-ci il və növbəti illərdə infilasiyanın tənzimlənməsi prioritetlər siyahısında olacaq. Məzənnə siyasətinin təkmilləşdirilməsi və bank sektorunun müasir çağırışlara uyğun olaraq inkişafının təmini də vacib məslələrdəndir. Bu baxımdan yeni təqdimat bütövlükdə ölkədə aparılan kadr islahatlarının bir istiqamətidir” - deyə Vüqar Bayramov qeyd edib.