Accessibility links

Jurnalist Elmar Hüseynovun qətlindən 11 il keçir [Video]


Vətəndaş cəmiyyəti Elmar Hüseynovun xatirəsini anıb
please wait

No media source currently available

0:00 0:02:40 0:00

Vətəndaş cəmiyyəti Elmar Hüseynovun xatirəsini anıb

Mərhum jurnalistin məzarı önünə qərənfillər düzülüb, nitqlər söylənilib

Azərbaycanın müstəqil jurnalistləri və vətəndaş cəmiyyətinin fəalları “Monitor” jurnalının mərhum redaktoru, 11 il öncə martın 2-də öz evinin astanasında güllələnmiş Elmar Hüseynovun xatirəsini anıblar.

Bu ənənəvi anım aksiyası Elmar kimi azadlıq və demokratiya uğrunda mübarizə aparanları hər il onun məzarı önünə toplayır.

Mərhum jurnalistin məzarı önünə qərənfillər düzülüb, nitqlər söylənilib.

“Elmar Hüseynov müstəqil Azərbaycan mətbuatının qurulmasına, söz azadlığına böyük töhfə verib. O, korrupsiya, yerlibazlıq, məmur özbaşınalığına qarşı amansız mübarizə nümunəsinə çevrilib”, Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli bildirib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin sözlərinə görə, Elmar Hüseynovun qətlinin araşdırılmasında hər hansı irəliləyişin olmaması, cinayət izlərinin ört-basdır edilməsi göstərir ki, qətlin arxasında hakim rejim durur.

“Ölkədə 15 jurnalist və blogerin həbsdə olması Azərbaycanda repressiya atmosferinə parlaq nümunədir”, o vurğulayıb.

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev qeyd edib ki, Elmar Hüseynovun azad, demokratik Azərbaycan uğrunda apardığı mübarizə hədər getməyib, belə ki, ölkədə başlayan proseslər “Monitor”un redaktorunun ardıcıl olaraq mübarizə apardığı avtoritar sistemin çökməsinə doğru aparacaq.

Elmar Hüseynov 2005-ci il martın 2-də saat 19:00-da öz evinin girəcəyində öldürülüb. 2005-ci ilin mayında Baş Prokurorluq, DİN və MTN birgə bəyanat yayaraq Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyevin qətldə əli olduğunu bildirib.

2015-ci ilin iyulunda Avropa İnsan Hüquqları Məhkəməsi Elmar Hüseynovun həyat yoldaşı Ruşanə Hüseynovanın şikayəti üzrə Azərbaycan hökumətilə kommunikasiyaya başlayıb.

O öz bəyanatında bildirib ki, həyat yoldaşı prezidenti, hökumət üzvlərini və ölkənin vəzifəli şəxslərini tənqidə görə dəfələrlə mülki iddia və cinayət işləri üzrə məhkəməyə cəlb edilib. Ona qarşı 34 iş qaldırılıb. Hakimiyyət Elmar Hüseynovun rəhbərlik etdiyi nəşrin buraxılışına dəfələrlə əngəl törədib. R.Hüseynovanın sözlərinə görə, həyat yoldaşı dəfələrlə təqiblərə məruz qalıb. O hesab edir ki, ərinin qətlə yetirilməsi Avropa İnsan Hüquqları Konvensiyasının 2 maddəsilə təsbit edilmiş həyat və ifadə azadlığı hüququnun pozulmasıdır. R.Hüseynova həmçinin konvensiyanın 13-cü maddəsinin (effektiv hüquqi müdafiə vasitəsi) pozulması məsələsini qaldırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG