Accessibility links

Elmar Məmmədyarov: ABŞ Azərbaycan iqtisadiyyatına 10 milyard dollardan çox sərmayə qoyub


Elmar Məmmədyarov 2-ci Xəzər Biznes Forumunda çıxış edib
Elmar Məmmədyarov 2-ci Xəzər Biznes Forumunda çıxış edib

“Son 30 ildə enerji təhlükəsizliyi, terrorizm və transmilli təhdidlərə qarşı mübarizə sahələrindəki strateji fəaliyyətimiz daxil olmaqla, Azərbaycan ABŞ-ın bölgədəki etibarlı tərəfdaşı olub.”

Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən 2-ci Xəzər Biznes Forumunda bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan Asiya ilə Avropa arasındakı təbii körpü olaraq, ABŞ-ın Mərkəzi Asiya və Əfqanıstana bağlantısını təmin edən əsas ölkədir, eyni zamanda ABŞ-ın Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşıdır.

“2018-ci ildə ikitərəfli ticarətimiz 860 milyon ABŞ dollarını ötüb - əvvəlki ilə nisbətən 10% artım olub. ABŞ bu günə qədər Azərbaycan iqtisadiyyatına 10 milyard ABŞ dollarından çox sərmayə qoyub. Eyni şəkildə, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ABŞ bazarlarına, o cümlədən sabit gəlirə, kapitala və daşınmaz əmlaka 8 milyard ABŞ dollarından çox investisiya qoyub. 250-dən çox ABŞ şirkəti Azərbaycanda qeydiyyata alınıb və fəaliyyətlərini təşkil edib. Amerikanın böyük tikinti və əməliyyat şirkətləri, podratçılar, xidmət təminatçıları və investorları müstəqillik əldə etdikdən etibarən Azərbaycanda böyük və orta miqyaslı layihələrin əksəriyyətində iştirak edib,” o qeyd edib.

2018-ci ildə ikitərəfli ticarətimiz 860 milyon ABŞ dollarını ötüb - əvvəlki ilə nisbətən 10% artım olub. ABŞ Azərbaycan iqtisadiyyatına 10 milyard ABŞ dollarından çox sərmayə qoyub. Azərbaycan Dövlət Neft Fondu ABŞ bazarlarına, o cümlədən sabit gəlirə, kapitala və daşınmaz əmlaka 8 milyard dollardan çox investisiya qoyub.
Elmar Məmmədyarov, xarici işlər naziri

Məmmədyarov ABŞ şirkətlərinin Azərbaycanın enerji layihələrində iştirakından da danışıb.

“Azəri-Çıraq-Günəşli yatağının işlənməsi üzrə müqavilənin 2049-cu ilə qədər uzadılması ilə bağlı yeni müqavilə 2017-ci ildə imzalanıb. Müqavilə çərçivəsində ABŞ-ın Chevron və Exxon şirkətləri AÇG Konsorsiumunun 16 faizdən çox səhminə sahib oldu. Amerika Birləşmiş Ştatları Cənub Qaz Dəhlizinin bir hissəsi olmasa da, ABŞ ilə möhkəm tərəfdaşlıq və sonuncunun dəstəyi enerji marşrutlarının şaxələndirilməsi və Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından vacib olub. ABŞ-ın diplomatik səyləri və Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin tamamlanmasına töhfə verən Amerika şirkətlərinin iştirakı Cənub Qaz Dəhlizinin uğuru üçün də vacibdir. ABŞ tikinti materialları, işçiləri və podratçıları Azərbaycanda və Avropada bu layihələrin inşası, inkişafı və istismarı baxımından həm maddi, həm də yaxından iştirak edirlər – bura ümumi dəyəri 2 milyard ABŞ dollarından çox olan müqavilələrlə 20-dən çox iri podratçı kontraktorlar (məsələn, BakerHughes, Bechtel, Cameron, Emerson, GE, KBR, Schlumberger və Siemens) daxildir.”

Onun sözlərinə görə, prezident Tramp öz məktublarında ABŞ-ın Cənub Qaz Dəhlizinə davamlı dəstəyini ifadə edib.

“ABŞ hökumətinin Cənub Qaz Dəhlizi layihəsini bir çox qurumlar daxilində ciddi şəkildə dəstəklədiyini qeyd etmək vacibdir. Cənub Qaz Dəhlizi layihəsi başa çatmaq üzrədir və biz qarşılıqlı maraq doğuran digər enerji bağlılığı layihələri ilə məşğul olmağa hazırıq,” nazir qeyd edib.

XS
SM
MD
LG