Accessibility links

Elmar Məmmədyarov: “Azərbaycan və Avropa İttifaqı arasında yeni sazişin 90 faizi razılaşdırılıb”


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar yaxın günlərdə başa çata bilər. Bu barədə aprelin 4-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 16-cı iclasında çıxış edərkən bildirib.

"Biz danışıqları yekunlaşdırmağa çox yaxınıq", Xarici İşlər Nazirliyinin mətbuat xidməti nazirdən sitat gətirib.

“Bu yaxınlarda, biz danışıqları, onun bütün 3 hissələri üzrə sinxronlaşdırmaya müvəffəq olmuşuq. Belə ki, artıq 90 faizi razılaşdırıldığına görə bu gün bizim olduqca yaxşı imkanımız var... Mən danışıqları tezliklə yekunlaşdırmaq istiqamətində birgə imkanlarımızın mövcudluğu ilə bağlı müsbət fikirdəyəm,"o bildirib.

Məmmədyarov qeyd edib ki, tərəflər nəqliyyat sahəsində Avropa İttifaqı ilə ayrıca dialoqa başlayıb.

Bu yaxınlarda, biz danışıqları, onun bütün 3 hissələri üzrə sinxronlaşdırmaya müvəffəq olmuşuq. Belə ki, artıq 90 faizi razılaşdırıldığına görə bu gün bizim olduqca yaxşı imkanımız var.
Elmar Məmmədyarov, xarici işlər naziri

"Həmçinin biz vahid aviasiya üzrə saziş ilə bağlı danışıqlar aparırıq,"o bildirib.

“Bundan başqa, Azərbaycan tərəfdaşları ilə birlikdə Cənub Qaz dəhlizinin tikintisini yekunlaşdırır, bu, bizə Azərbaycandan Avropa İttifaqı bazarına daha çox təbii qaz nəql etmək imkanı verəcək. Avropa üçün bu, yeni enerji təchizatı mənbəyi olacaq. Azərbaycan bunu mümkün etdi. Avropa İttifaqı bazarını Azərbaycandan daha çox qaz alması üçün daha cəlbedici etmək istəyirsə Avropa İttifaqı tərəfdaşlarımız daha çox səy göstərməlidir," o qeyd edib.

Azərbaycan Avropa İttifaqı ilə əsası 2009-cu ildə qoyulan "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. "Şərq Tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlanıb. Ancaq, hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG