Accessibility links

Elmar Məmmədyarov İrana səfər edib


Azərbaycan və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov və Məhəmməd Cavad Zərif
(16.02.2015)
Azərbaycan və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov və Məhəmməd Cavad Zərif (16.02.2015)

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İrana rəsmi səfər edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi martın 9-da məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində onun İranın yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirməsi nəzərdə tutulur. Həmin görüşlərdə iktərəfli və regional məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Səfərin neçə gün davam edəcəyi açıqlanmayıb.

Elmar Məmmədyarovun İrana səfəri Ermənistan baş naziri Nikol Paşinyanın səfərindən sonraya təsadüf edir.

İran prezidenti Həsən Ruhaninin bu il fevralın 11-də İran İslam İnqilabının 40 illliyi ilə bağlı nitqində Azərbaycanı İranın tartixi ərazisi adlandırması, Ermənistan baş nazirinin fevralın 26-da İranda erməni icması ilə görüşü zamanı “Qarabağ bizimdir, vəssalam” sözləri yazılmış plakatın fonunda fotosunu yayması Azərbaycanda və İranda yaşayan azərbaycanlılar tərəfindən tənqidlərlə qarşılanıb.

İranda yaşayan azərbaycanlılar İran Azərbaycanının mərkəzi sayılan Təbriz şəhərinin "Traktorsazi" Futbol Klubunun 80 mindən çox insan tutan stadionunda futbol yarışları zamanı “Qarabağ bizimdir, bizim olacaq!” şüarı səsləndirib, Azərbaycan Respublikasının bayraqalrını qaldırıb.

Martın 2-də isə Azərbaycanın Milliyətçi Gənclər Təşkilatının bir qrup fəalı İranın Azərbaycan Respublikasındakı Səfirliyinin qarşısında etiraz piketi keçirib. Mİllətçi gənclər İranın Bakıdakı səfirliynin giriş qapısınadək irəliləyib və “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!”, “Bakı, Təbriz, Ankara - biz hara, farslar hara!”, “Qarabağ bizimdir, bizim olacaq!” şüarları səsləndirib.

Məmmədyarovun səfəri həmçinin ABŞ-ın İrana qarşı sərt sanksiyalar irəli sürməsindən sonraya təsadüf edir.

Müstəqil müşahidəçilər ABŞ-ın sərt sanksiyaları dövründə İran-Azərbaycan münasibətlərinin liberal olmayacağını düşünür. Ekspertlər hesab edir ki, sərt sanksiyalar zamanında İranda yaşayan milyonlarla azərbaycanlı öz milli-mədəni hüquqları uğrunda daha sərt mübarizəyə meylli olacaq.

Ölkədə yaşayan xalqıarın rəsmi statisitikası aparılmasa da kütləvi nəşrlərdə bu ölkədə 20-35 milyon azərbaycanlı yaşadığı bildirilir. İranın Azərbaycan Respublikası ilə sərhədi boyunca isə bütövlükdə azərbaycanlılar yaşayır. İki ölkə vətəndaşlarının qarşılıqlı səfərləri də milyonlarla insanı əhatə edir.

Azərbaycan və İran sərhədi
Azərbaycan və İran sərhədi

Rəsmi statistikaya görə, 2018-ci ildə ümumilikdə 4 milyon 908,1 min Azərbaycan vətəndaşı ölkədən çıxıb və bunların üçdə biri – 33,6%-i İrana gedib. Eyni dövrdə Azərbaycana səfər edən 2 milyon 849,6 min nəfər xarici ölkə vətəndaşlarının 8,5%-i iranlılar olub.

2018-ci ildə ümumilikdə 4 milyon 908,1 min Azərbaycan vətəndaşı ölkədən çıxıb və bunların üçdə biri – 33,6%-i İrana gedib. Eyni dövrdə Azərbaycana səfər edən 2 milyon 849,6 min nəfər xarici ölkə vətəndaşlarının 8,5%-i iranlılar olub.
Rəsmi statistika

2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcminin ciddi artımı diqqəti cəlb edir. Belə ki, 2017-ci ildə qarşılıqlı ticarət dövriyyəsi 257 milyon 067,6 min dollar olduğu halda, 2018-ci ildə bu rəqəm 446 milyon 032,72 min dollara yüksəlib. 2017-ci ildə Azərbaycanın İrana ixracı 16 milyon 794,1 min dollar, bu ölkədən idxalı 240 milyon 273,5 min dollar olduğu halda, 2018-ci ildə bu rəqəmlər müvafiq şəkildə 31 milyon 231,72 min və 414 milyon 801,00 min təşkil edib. 2017-ci ildə Rusiyadan İrana və əks istiqamətdə Azərbaycandan19 mindən çox TIR keçib.

Eyni zamanda, rəsmi məlumatlara görə İranın Azərbaycanda 700 şirkəti fəaliyyət göstərir, iki ölkənin investisiyaları var. İranın Azərbaycana yatırdığı investisiyaların həcmi 3,1 mlrd. ABŞ dollarına çatıb.

Azərbaycan və İran Şimal-Cənub nəqliyyat dəhlizi, Neftçala Sənaye Zonasında birgə avtomobil zavodu, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodu və digər layihələr çərçivəsində əməkdaşlıq edir. Energetika sahəsində “Xudafərin/Qız Qalası” və “Ordubad/Marazad” hidroqovşaqları, 330 kv-luq Muğan (İmişli-Parsabad) elektrik xəttinin qurulması layihələri həyata keçirilib, İrana elektrik satışına dair çərçivə sazişi imzalanıb.

Şimal-Cənub dəhlizi
Şimal-Cənub dəhlizi

İki ölkə rasında iqtisadi münasibətlərindən biri də 2017-ci ilin noyabrında Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan uzunluğu 358,5 kilometr Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə dair kredit sazişinin imzalanmasıdır. Bu sazişə əsasən Azərbaycan İrana 500 milyon dollar kredit ayırıb.

2019-cu il martın 6-da İranda bu dəmir yolunun bir hissəi, uzunluğu 164 kilometr olan Qəzvin-Rəşt dəmir yolu xəttinin açılış mərasimi keçirilib. Tədbirdə İran prezidenti Həsən Ruhani, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslami, Gilan valisi Mustafa Salari iştirak edib.

Həsən Ruhani və Şahin Mustafayev Qəzvin-Rəşt dəmir yolunun açılışında içtirak edir-06.03.2019
Həsən Ruhani və Şahin Mustafayev Qəzvin-Rəşt dəmir yolunun açılışında içtirak edir-06.03.2019

İran prezidenti Həsən Ruhani bildirib ki, Qəzvin-Rəşt dəmir yolu yalnız İranın və Azərbaycanın deyil, eyni zamanda Rusiya və Şimali Avropa ölkələrinin də dəmir yolları sistemlərini birləşdirəcək.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev isə vurğulayıb ki, Azərbaycan və İran prezidentlərinin tapşırıqları ilə ölkələrimiz arasında əməkdaşlığın yeni hədəfləri müəyyənləşdirilib və bu istiqamətdə müvafiq işlər görülərək bir çox nailiyyətlər əldə olunub.

Açılış mərasimində ABŞ sanksiyalarının bu layihəyə təsirlərinə toxunulmayıb.

Azərbaycan ABŞ-la konfrontasiyaya getməyəcək və sanksiyaların təsiri altına düşən sahələrdə İranla əməkdaşlığını məhdudlaşdıracaq.
Şahin Cəfərli, siyasi şərhçi

Amma, müstəqil ekspertlər Azərbaycanın Rəşt-Astara dəmir yolunun çəkilişinə ayırdığı 500 milyon dollar kreditin qalan hissəsinin bundan sonra köçürülməsini real saymır.

“Əsas hissəsi 2018-ci ilin noyabrında tətbiq olunan ABŞ sanksiyalarının Azərbaycan-İran iqtisadi münasibətlərinəmənfi təsir edəcəyi gözlənilir. Bu məsələ ötən ilin oktyabrında ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Bakıya səfəri zamanı onun Azərbaycan prezidenti ilə görüşündə müzakirə olunub. Artıq İran Milli Bankının Bakı filialı (Bank Melli İran – Baku) sanksiya siyahısına düşüb. Aydındır ki, Azərbaycan ABŞ-la konfrontasiyaya getməyəcək və sanksiyaların təsiri altına düşən sahələrdə İranla əməkdaşlığını məhdudlaşdıracaq. Buna 500 milyon dollarlıq kredit də daxildir. Sanksiyalardan əvvəl bu kreditin nə qədərinin İrana köçürüldüyü məlum deyil. Bilinən budur ki, qalan hissənin köçürülməsi mümkün olmayacaq,” siyasi şərhçi Şahin Cəfərli öz bloqunda yazıb.

İqtisadçı Rövşən Ağayev də sanksiyaların Azərbaycanı İranla ticarətdə və iqtisadi kooperasiyada daha ehtiyatlı olmağa sövq edəcəyinə əmindir.

XS
SM
MD
LG