Accessibility links

Elmar Məmmədyarov və ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında görüş olub


Elmar Məmmədyarov və ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında görüş olub

Sentyabrın 22-də Nyu Yorkda Azərbaycan xarici İşlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında görüş olub.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət və ümumilikdə, münaqişənin tənzimlənməsi üzrə həmsədrlərin gələcək fəaliyyət planları və perspektivləri müzakirə edilib. Xəbəri Azərbaycan Xarici İşlər Naziriyinin mətbuat xidməti yayıb.

Xarici işlər nazirnin görüşü olan gün, sentyabrın 22-də cəbhə xəttində gərginlik müşahidə edilib. Belə ki, Azərbaycan hərbçisi Ramin Abdulrəhmanov öldürülüb.

Azərbaycan Müdafiə Nazirliyin mətbuat xidməti yerli mediaya bildirib ki, əsgər azıb və tərəflərin mövqeləri arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

Müdafiə Nazirliyi Azərbaycan tərəfinin cəbhə xəttində təxribat törətməsi barədə Ermənistan mediasında yayılan məlumatların yalan oldyuğunu bildirib.

Erməni tərəfinin versiyasına görə, insident sentyabrın 22-də saat 16:15-də cəbhə xəttinin cənub-şərq istiqamətində baş verib.

Bu hadisə həmçinin Azərbnaycan və Ermənistan xarici işlər nazirlərinin sentyabrın 23-də Nyu Yorkda gözlənilən görüşü ərəfəsindəı baş verib.

Münaqişə haqqında qısa məlumat

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.​

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

​Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu dəfələrlə bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

ATƏT-in Minsk Qrupunun həmsədlərinin 9 mart bəyanatı

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu il martın 9-da yaydığı bəyanatda deyilir ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri - xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.

“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.”

Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.

“Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək,” sənəddə qeyd edilir.

Şərhlərə bax

XS
SM
MD
LG