Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 23-də ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Pyer Andryu ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi, ATƏT-in Minsk qrupunun fəaliyyət planı və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş əsnasında nazir Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yanvarın 27-də Krakov şəhərində görüşməsi barəsində razılıq əldə olunub.