Accessibility links

Elon Mask rəsmi göstərişə qarşı Kaliforniya zavodunu açdığına görə həbsə hazır olduğunu deyib


Bazar ertəsi Tesla şirkətinin icraçı direktoru Elon Mask bildirib ki, ABŞ-ın Kaliforniya ştatında yerləşən avtomobil istehsalçısının yeganə zavodu istehsalı bərpa edir. O, qapalı qalmaq əmrinə qarşı çıxaraq deyir ki, kimisə həbs etmək lazımdırsa, bu, onun özü olmalıdır.

Bu addım ABŞ-da koronavirus səbəbi ilə qapanmadan və on milyonlarla amerikalının işsiz qalmasından sonra ştatlarda çox ehtiyatla yenidən bizneslərin açılmağa hazırlaşdıqları vaxta təsadüf edir.

Həftəsonu Mask zavodun bağlanmasına görə Kaliforniyadan Texas və ya Nevadaya üz tutacağı ilə hədələyib. Onun bu hərəkəti iş yerləri uğrunda rəqabəti vurğulayıb və ABŞ prezidenti Donald Trampa dəstək olaraq iqtisadiyyatlarını daha erkən açan ştatlarda milyarder icraçı direktoru cəlb etmək istəyini oyadıb.

Tesla bazar ertəsi email vasitəsilə Kaliforniya qubernatoru tərəfindən cümə axşamı istehsalçılara əməliyyatları bərpa etməyə icazə verən əmrə istinad edib və bazar günündən etibarən daha əvvəl çıxarılan işçilərin normal iş vəziyyətinə qayıda biləcəklərini deyib.

"İşə qayıtmaqdan məmnunuq və qayıtdıqdan sonra sizin təhlükəsizliyinizi təmin etmək üçün çox detallı planlar həyata keçirmişik" - deyə, Reuters agentliyinin gördüyü email mesajında bildirilir.

Tvitlərinin birində Mask istehsalın bazar ertəsi günü bərpa edildiyini söyləyərək, özünün konveyerdə işçilərə qoşulacağını əlavə edib. "Kimisə həbs etmək lazımdırsa, xahiş edirəm ki, bu, mənim özüm olum", o yazıb.

Fremont fabrikinin yerləşdiyi Alameda mahalının səhiyyə işçiləri Tesla-nın qapanma zamanı icazə verilən minimum əsas əməliyyatlar xaricində açıldığından xəbərdar olduqlarını və mahal tərəfindən təsdiqlənmədən işləyə bilməyəcəyini şirkətə bildirdiklərini açıqlayıb.

Açıqlamada rəsmilər Tesla-dan təklif gözlədiklərini və "Tesla-nın bundan sonra da tətbiq edilən tədbirlərə icra tədbirləri həyata keçirilmədən rinəriayət edəcəyinə ümid etdiklərini" qeyd edib. Bəyanatda bunun mümkün nəticələri göstərilməyib və rəsmilər bundan sonra şərh verməyəcəklərini deyib.

Mahalın qapanma əmrində pozuntuların cərimə, həbs və ya hər ikisi ilə cəzalandırılacağı qeyd olunub.

Bazar ertəsi Fremont Polis İdarəsinin bir nümayəndəsi onun ofisinin sağlamlıq idarəsinin qapanma əmrini icra etdiyini və mahalın birbaşa Tesla ilə işlədiyindən xəbərdar edildiyini bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG