Elsa qasırğası şənbə günü Haiti və Dominikan Respublikasına doğru irəliləyir və bu, həmin ölkələrdə daşqınlar və torpaq sürüşmələri ilə bağlı narahatlıqlara səbəb olub. Bundan sonra qasırğa Kuba və Floridaya doğru üz tutacaq.
Haiti rəsmiləri sosial media vasitəsilə əhaliyə qasırğa ilə bağlı xəbərdarlıq edib və suya və ya dağa yaxın ərazilərdə yaşayan insanları evakuasiya etməyə çağırıblar.
Mayamidə yerləşən Milli Qasırğa Mərkəzi bildirir ki, 1-ci kateqoriyalı fırtına Dominikan Respublikasının Beata adasından 635 kilometr cənub-şərqdədir və saatda maksimum 140 kilometr sürətli küləklərin müşayiəti ilə saatda 48 kilometr sürətlə şimal-qərbə doğru irəliləyir.
Elsanın Kubanı vurandan sonra zəifləyərək tropik qasırğaya çevriləcəyi gözlənilir. Qasırğa Mərkəzinin uzun-müddətli proqnozu qasırğanın çərşənbə axşamı tropik qasırğa kimi Floridanı vuracağını göstərir. Lakin digər proqnoz modelləri qasırğanın Körfəz və Atlantik Okeanın sahili boyu irəliləyəcəyini göstərir.
Şənbə günü Dominikan Respublikasının cənub sahili boyu Haiti ilə sərhədə qədər qasırğa xəbərdarlığı olunub. Bazar günü isə Yamaykada qasırğanın olacağına dair xəbərdarlıq verilib.
Qasırğa mərkəzi bildirib ki, Puerto Rikoya Elsa ilə əlaqədar yeddi santimetrədək yağış yağacaq. Bu yağış bir neçə yerdə daşqınlara, çayların bir az daşmasına və torpaq sürüşmələrinə səbəb ola bilər.
Hispaniolanın cənubundakı bəzi hissələrdə və Yamaykada şənbədən bazara qədər 20 santimetrə qədər yağışın yağacağı, bəzi yerlərdə isə bu rəqəmin daha da yüksək olacağı bildirilir ki,bu da daşqınlara və torpaq sürüşmələrinə gətirib çıxara bilər.
Qasırğa mərkəzi bazar günündən etibardən Floridanın Kis ərazisində fırtınanın, küləyin və yağışın yağma riski var. Fırtınanın təsirləri çərşənbə axşamınadək Floridanın digər hissələrində də hiss oluna bilər.