Accessibility links

Elşad Adbullayevin yeni videosu, rüşvət söhbətləri [Video]


Elşad Abdullayevin yeni videosu
please wait

No media source currently available

0:00 0:03:16 0:00

Murid-murid di SMU Danwon di Ansan memegang pesan-pesan untuk murid-murid yang menjadi korban dalam feri yang terbalik di tengah laut di Korea Selatan.<br /> &nbsp;

Videoda vəzifə sövdələşmələri əksini tapıb. Yenə bir milyon manat söhbəti var

“Azadlıq” qəzeti fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevun yeni videosunu yayıb.

Elşad Abdullayev qəzetə məktub da göndərib. Məktubda deyilir ki, çox yaxınlarda redaksiyaya yeni video material təqdim edəcək.
Onun yazdığına görə, yeni videolar onun Sevinc Babayeva, Arzu Kazımov və Rövşanə Əliyeva ilə söhbətlərini əks etdirir.

Keçmiş rektor bir daha vurğulayır ki, bu materialları yaymaqda məqsədi qardaşı Mahir Abdullayevin “Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə tərəfindən oğurlandığını sübut etməkdir”.
Abdullayev hesab edir ki, bu cinayətin açılmasını sürətləndirmək və obyektiv istintaq aparılmasını təmin etmək baxımından yaydığı videomateriallar əhəmiyyətlidir.

“Bu yolla eyni zamanda həmin cinayətin açılması sahəsində fəaliyyətimə mane olmaq məqsədilə Azərbaycanda başıma gətirilənləri ictimaiyyətin diqqətinə çatdırmaq və özümü baş verə biləcək təhlükələrdən qorumaq istəyirəm. Çünki müəyyən qrup adamlar hətta Fransada belə məni təhdid etməkdən əl çəkmirlər” – deyə keçmiş rektor yazır.

E.Abdullayev daha sonra bildirir ki, istintaq orqanlarının, xüsusən də Gülər Əhmədova barəsində başlanmış cinayət işi üzrə istintaq aparan Bakı şəhər prokurorluğunun fəaliyyəti onu qane etmir. Buna görə də öz təhlükəsizliyini təmin etmək üçün zərurət yarandıqca əlindəki sübutların ictimailəşdirilməsini davam etdirəcək.

Qəzet E.Abdullayevin göndərdiyi video materialdan bir parçanı təqdim edib. Video tam şəkildə yaxın saatlarda qəzetin saytına yerləşdiriləcək.

Öz növbəsində rəsmi hakimiyyət Elşad Abdullayevin dediklərini təkzib edir. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Elşad Adbuıllayevin dediklərini və yaydığı videoları böhtan adlandırıb.
XS
SM
MD
LG