Accessibility links

Elşad Abdullayev: Adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın icraçısı - KQB generalı Akif Çovdarov


Mahir Abdullayev və Akif Çovdarov Sverdlovskda taxta-şalban zavodunda
Mahir Abdullayev və Akif Çovdarov Sverdlovskda taxta-şalban zavodunda

Keçmiş rektor hökumətin yüksək vəzifəli şəxslərini ifşa edən məqalə ilə çıxış edib. Milli Təhlükəsizlik Nazirliyi yazılanları cəfəng sayır

Fransada mühacirətdə olan fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev qardaşı, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) zabiti olmuş Mahir Abdullayevin oğurlanmasının və cinayətin açılmamasının səbəbləri ilə bağlı yeni sensasiyalı yazı ilə çıxış edib.

Abdullayev “Adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın icraçısı – KQB generalı Akif Çovdarov” adlı yazısında qardaşının oğurlanmasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi və MTN-nin idarə rəisi, general-mayor Akif Çovdarovu günahlandırır.

Müəllif qardaşı Mahir Abdullayevlə Akif Çovdarov arasında 2003-cü ilin əvvəllərində Rusiyanın Sverdlovsk Vilayətinin Verxuturye şəhərində Akif Çovdarova məxsus taxta-şalban zavodunun alınması ilə bağlı sövdələşməni diqqətə çatdırıb və iki şəxsin bu və digər görüşlərini əks etdirən fotoları məqaləsinə əlavə edib.

Keçmiş rektor Akif Çovdarovun qardaşına 300 min dollar borclu olduğunu iddia edir. Məqalədə həmçinin Akif Çovdarovun Mahirdən adam oğurluğu ilə məşğul olan qruplaşmaya rəhbərlik etmiş, hazırda həbsdə olan Hacı Məmmədova məxsus “Qarabulaq” restoranında müğənni Mətanət İsgəndərli ilə “sərgüzəştləri” ilə bağlı 2 milyon dollar tələb etdiyi iddia edilir. Bununla yanaşı, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yaxın qohumu MTN-nin lV idarəsinin rəisi Fikrət Əliyevi Beynəlxalq Universitetə prorektor təyin edərək universiteti ələ kecirmək məqsədini qeyd edir.

Elşad Abdullayev yuxarıda sadalanların müqabilində qardaşını bir neçə dəfə oğurlamaq cəhdinin baş tutmadığını və nəhayətdə, “Akif Çovdarov qardaşımı mügəni Mətanət İsgəndərlinin əli ilə aldadaraq 13 oktyabr 2003 ildə Bakı şəhərində şəxsən paqonlu bandasının əli ilə ogurlatmışdır”, o qeyd edir.

E.Abdullayev qardaşının oğurlanmasında iştirak edən milli təhlükəsizlik nazirinin birinci müavini Hilal Əsədovun qohumu Sənan İbrahimovun, Akif Çovdarovun biznes və cinayət ortağı Qulu Cəfərov və Rövşanə və digərlərinin adını da çəkir.

Məqalədə Azərbaycan hakimiyyətində yüksək vəzifəli şəxslərin biznes əlaqələri də yer alıb. Abdullayev yazır ki, Akif Covdarovun himayədarları hakimiyyətin “üst qatı”nda işlədiyi ücün belə qeyri-qanuni əməllərlə məşgul olur.

“Akif Çovdarov şahidlərin fikrnə görə birinci şəxsin Sverdlovski vilayətində 25 milyard dollar pulunu fırladır. Təsadüfü deyildir ki, biz birinci video-faktları yayandan sonra Prezidentin İcra Aparatının (Prezident Adminstirasiyasının rəhbəri-red) müdiri Ramiz Mehdiyev rusiya qışının sərt vaxtı Sverdlovcki vilayətində Bakı “zəhmətkeşlərinin» təntənəli müşavirəsini kecirdi”, o qeyd edir.

Elşad Abdullayev qardaşının oğurluq faktını araşdımaq məqsədi ilə
Prezidentin sərəncamı ilə 2012-ci il oktyabrın 4-də yaradılmış Baş Prokurorluq yanında Müstəqil İstintaq Komissiyasından (MİK) narazıdır.

“MİK-in yaradılmasından 6 ay 16 gün keçir. MİK-ə qədər bu işi 12 prokurorluq müstəntiqi araşdırıb. Heç biri də yarıtmaz işinə görə məsuliyyət daşımayıb, əksinə, tutduqları vəzifələrində irəli çəkiliblər. Mahir Abdullayevin oğurlanmasının kriminalistik-hüquq xarakteristikası qaydasız döyüşü xatırladır. Hazıra qədər zərərçəkmiş tərəfindən Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın subyektlərinin 11 video görüntüsü ictimailəşdirilib. Avropanın tanınmış hüquqşünasları təsdiq edir ki, Sizin bir video faktınız bu cinayət işinin açılması üçün kifayətdir”, o narazılığını ifadə edir.

Keçmiş rektor Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisini kriminal olmaqda suçlayır.

“Mahirin oğurlanmasını bilavasitə icra edən zaman Rusiyanın Sverdlovski Vilayətində taxta-şalban alverçisi, Heydər Əliyevin hakimiyyəti dövründə axtarışda olan, kriminal aləmdə “Təpə göz” kimi tanınan və hazırda MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi general-biznesmen Akif Covdarovdur (Rusiya Fedarassiyasının vətəndaşı)”.

“Jurnalist Elmar Hüseynovun, jurnalist Rafiq Tagının qətlləri, Azadlıq qəzetinin jurnalisti Aqil Xəlilin döyülməsi, Azadlıq Radiosunun jurnalisti Xədicə İsmayılovaya qarşı edilən cinayətlər və s. də Akif Covdarovun əl işləridir”, deyə Abdullayev yazır.

Öz növbəsində MTN-nin ictimaiyyətlə əlqələr mərkəzinin rəhbəri Arif Babayev Amerikanın Səsinin məqalədə əks olunan ittihamlarla bağlı sorğusuna cavabda bildirib ki, yazılanlar cəfəngiyatdır.

“Biz cəfəng məqalələri şərh etmirik”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG