Accessibility links

Elşad Abdullayev qardaşının oğurlanmasında hakimiyyət strukturunu günahlandırır


Azərbaycanda fidyə almaq məqsədilə insan oğurluqları da daxil olmaqla, ən böyük cinayətlər mərkəzi icra hakimiyyətinin xəbəri olaraq və onun iştirakı ilə törədilir. Bu barədə Skype vasitəsilə objektiv.tv-yə müsahibəsində mühacirətdə olan Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayev bildirib.

Abdullayev 2012-ci il oktyabrın 4-də dövlət başçısının onun qardaşı, mayor və MTN Akademiyasının müəllimi Mahir Abdullayevin oğurlanmasının araşdırılması üzrə qrup yaratmasını uydurma adlandırıb.

2003-cü ildə qardaşı oğurlandığı andan etibarən Abdullayev 1 mindən çox rəsmi şikayət, o cümlədən Prezident Administrasiyasına 147 şikayət yazıb. Bütün məktublara standart cavab verilib ki, “müraciət oğurluq haqqında işə tikilib...”

Bu işdə konkret fiqurantlar var. Onlardan biri bu yaxınlarda fırıldaqçılığa görə həbs edilmiş sahibkar Kazımovdur. Məhz onun vasitəsilə daxili işlər nazirinin birinci müavini Zahid Dünyamalıyevə 3 mln. dollar verilib. Pul Abdullayevin oğurlanmış qardaşı ilə telefonla danışmasına icazə verildikdən sonra verilib. Həm də pul notarius vasitəsilə qəbz qarşılığında verilib.

Bu qanunsuzluğun başında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev durur. O, Abdullayevin əlindən universiteti alaraq, kompensasiya olaraq 10 mln. dollar almaq istəyirdi. Abdullayev imtina etdikdə hakimiyyətin nəzarəti altında olan KİV vasitəsilə Abdullayevin insan orqanlarının qanunsuz transplantasiyası biznesində əli olduğu barədə xəbər yayılıb.

Ölkə anlayışlara deyil, qanunlara görə yaşamalıdır, Abdullayev belə hesab edir. O, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib və ədalətə və qardaşının qaytarılacağına ümid edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG