Accessibility links

Elton Con İİV-nin xəbərdarlıq kampaniyasına start verib


Britaniya şahzadəsi Harri dünya şöhrətli pop ulduzu Elton Conun kişilər arasında İİV-nin yayılmasına dair xəbərdarlıq kampaniyasına qoşulub.

"MenStar" adlı miyardlarla dollarlıq kampaniya Afrikanın Böyük səhraaltı ölkələrdə virus daşıyıcısı kişiləri hədəf alıb.

"MenStar koalisiyası bu problemin kökünün kəsilməsini- İİV-I ilə bağlı maarifləndirməni nəzərdə tutur”- deyə, şahzadə Amsterdamda keçirilən QİÇS konfransında bildirib.

Əgər biz QİÇS-in kökünü kəsmək istəyiriksə, kişiləri həll yolu seçməliyik

HIV/AIDS epidemiyasına qarşı qlobal konfrans iyulun 23-də işinə başlayıb və tədbir 4 gün davam edəcək. Toplantıya minlərlə alim, fəal, siyasətçi qatılır.

Konfrans ərəfəsində bəzi ekspertlər virusla mübarizədə “səhlənkarlıq” halları barədə xəbərdarlıq edib.

Cənubi Afrika aktrisası Şarliz Teron və o ölkənin mərhum prezidenti Nelson Mandelanın nəvəsi Ndaba Mandelanın qatıldığı mərasimdə Elton Con deyib ki, əgər biz QİÇS-in kökünü kəsmək istəyiriksə, kişiləri həll yolu seçməliyik.

BMT-nin xəbərdarlığına görə, bir çox ölkələrdə, xüsusilə də Şərqi Avropa və Asiyada yeni infeksiya halları artmaqdadır.

BMT bildirir ki, 2017-ci ildə AIDS-ə (qazanılmış immun çatışmazlığı sindromu -QİÇS) yol açan HIV (insanda immun çatışmazlığı virusu – İİV) ilə 1,8 milyon yeni yoluxma halı qeydə alınıb.

Ümumilikdə isə dünyada bu virusla 37 milyon nəfər yaşayır, onların əksəriyyəti Afrikadadır.

Hər il AIDS-lə bağlı xəstəliklərdən 1 milyonadək adam dünyasını dəyişir.

XS
SM
MD
LG