Accessibility links

Elton Con səsi batsa da, turnesini davam etdirmək niyyətindədir


Səsinin batması və ifasını qısa saxlamasına baxmayaraq, Elton Con Yeni Zelandiya və Avstraliyada turnesini davam etdirmək niyyətindədir.

Bunu bazar ertəsi günü onun təbliğatçıları bildirib.

Elton Conun Sunday night's proqramında yayımlanan videolar;nda əfsanəvi müğənninin göz yaşları içərisində ayaq üstə sətəlcəm keçirdiyini dediyi görünür.

72 yaşlı dünya ulduzu səhnədən yardımla çıxa bilib.

Turne təbliğatçısı Chugg Entertainment bildirib ki, Elton Con hazırda istirahət edir və həkimlər onun sağalacağından əmindir.

Onlar Ouklenddə planlaşdırılan konsert proqramının çərşənbə günündən cümə axşamı gününə keçiriləcəyinə ümid etdiklərini deyib.

"Elton Con ötən gecə Ouklend konsertini yarmçıq qoymağa məcbur olduğu üçün hədsiz narahatdır - deyə, şirkətin bəyanatında deyilib.

Bu konsert Conun sarı kərpic yolundakı vida turmesinin bir hissəsi idi. Cümə axşamı konsertindən sonra Elton Con Avstraliya, oradan isə ABŞ və Kanadaya səfər etməlidir.

Müğənni Instagram vasitəsi ilə dinləyicilərindən üzr istəyib.

"Mən Ouklend konsertinə gələnlərə təşəkkürümü bildirirəm. Həmin gün mənə pnevmaniya diaqnozu qoyulmuşdu. Lakin mən bir insan kimi sizə yaxşı bir konser vermək niyyətində idim. Mən ürəkdən çalır və ifa edirdim. Səsim batmayınca. Olduqca narahatam və çox üzr istəyirəm. Bacardığımı verə bildim”- deyə, o yazıb.

Yeni Zelandiyanın baş naziri Casinda Ardern konsertə başlamazdan 5 dəqiqə əvvəl Eltonla görüşdüyünü və konserti izlədiyini bildirib.

"Onun özünü yaxşı hiss etmədiyi görünürdü və Elton yaxşı olmadığını bildirdi. Lakin ötən gecə səhnədə onun pərəştişkarları qarşısındakı cavabdehliyinin şahidi oldum” - deyə, baş nazir bildirib.

Con Yeni Zelandiyaya ABŞ-da ən original mahnı kateqoriyasına görə “Oscar” mükafatı aldıqdan sonra gedib.

Dünyanın ən məşhur musiqiçilərindən biri olan Elton Conun XX əsrin 70-ci illərindən bu günə qədər bütün dünyada 450 milyondan çox albomu satılıb.

Onun sinqlları 190 milyondan artıq nüsxə ilə yayılıb. Eltonun Şahzadə Diananın xatirəsinə yenidən yazdığı hit mahnısı "Candle in the Wind" hələ də ABŞ və Britaniya çartları tarixində ən çox satılmış mahnı olaraq qalmaqda davam edir.

Con bu günə kimi musiqidəki uğurlarına görə 5 dəfə Qremmi, o cümlədən, "Yaşayan Əfsanə" mükafatlarına layiq görülüb. Kinolar üçün yazdığı mahnılar sayəsində namizəd olduğu üç "Oscar"ın birini qazanıb.

Rolling Stone jurnalının 2004-cü ildə hazırladığı siyahıda Elton musiqidə ən çox iz qoymuş 50 sənətkardan biri seçilib.

Geniş xeyriyyə fəaliyyəti olan Conun həm musiqidəki, həm də xeyriyyə sahəsindəki fəaliyyətlərinə görə 1998-ci ildə Kraliça ikinci Elizabet ona cəngavərlik titulu verib.

Musiqiçinin adı eyni zamanda həm Şöhrət xiyabanı, həm də Bəstəkarlar xiyabanında əbədiləşdirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG