Accessibility links

Elyaz Yekənli: Bu proseslərdən qazanclı Azərbaycan olacaq [Audio-Müsahibə]


Elyaz Yekənli
Elyaz Yekənli

“Təbrizdəki dostlarımla danışdım. Orada polis var, gizli polis mövcuddur. Onlar insanlara küçələrə çıxmamağa, fəallıq göstərməməyə çağırırlar,” Vaşinqtonda qərargahlanan siyasi fəal Elyaz Yekənli Amerikanın Səsinə müsahibədə deyir.

Elyaz Yekənli etiraz dalğasının İran Azərbaycanı üçün əhəmiyyətini şərh edir
please wait

No media source currently available

0:00 0:09:38 0:00

Onun sözlərinə görə, Azərbaycan bölgələrində bir çox siyasi fəallar məqam gözləyirlər. Belə ki, hazırda bu ərazidə güclü polis və təhlükəsizlik qüvvəsi mövcudluğu açıq mübarizə aparmağa imkan vermir.

Milli fəalların istəyi o deyil ki, bir diktator getsin, o biri diktator gəlsin.

“Azərbaycan o zaman yürüşlərə qatılacaq ki, rejimin gücü azalsın,” deyə Yekənli türk siyasi fəalların qismən gözləmə mövqeyi tutmasının digər aspektini izah edir. “Kimsə desə ki, Təbrizdə fəallaşma yoxdur. Xeyr, var. Amma gizlicəsinədir. İnsanlar bir-birləri ilə danışır. Güman edirəm ki, rejim zəifləşdikdə, bu, özünü büruzə verəcək.”

Tehran Universitetində tələbələrin nümayişi. 30 dekabr, 2017.
Tehran Universitetində tələbələrin nümayişi. 30 dekabr, 2017.

Təbirizn tarixən İranın siyasi baxımdan ən taleyüklü məkanlarından biri olduğunu vurğulayan Yekənli Azərbaycan toplumunun hazırda cərəyan edən proseslərə bir qədər fərqli prizmadan yanaşdığını önə çəkir. Onun sözlərinə görə, keçmiş təcrübənin əsasında bir çox Azərbaycan türkləri İranda siyasi dəyişikliyin onların siyasi maraqlarına xidmət etməyəcəyindən narahatlıq keçirir.

“Düzdür, farslarla, bəluclarla, ərəblərlə ortaq istəklərimiz var. İqtisadi sıxıntılar var ki, hamımız buna ortağıq, bir də rejimin çökməsi var. Amma İran türklərinin dil hüquqları yoxdur, məktəbi yoxdur, siyasi-mədəni hüquqları yoxdur.”

Ailə var ki, günlərlə ac qalır, susuz qalır, işi yoxdur, qorxu gözündən gedib.

Elyaz Yekənli İran türklərinin bir diktaturanın o birisi ilə əvəzlənməsinin əleyhinə olduğunu deyir. Bu baxımdan bəzi etirazçıların şah rejiminə dəstək şüarları səsləndirməsi onun üçün qəbuledilməzdir. Belə ki, məhz şah dönəmində Azərbaycan türkləri bir çox fundamental hüquqlarından məhrum edilmiş və zülmə məruz qalmışdılar.

Bütün bunlarla yanaşı Yekənli siyasi proseslərə nikbin yanaşdığını deyir və mövcud hakimiyyət əleyhinə etiraz dalğasının azadlıq və insan haqlarına hörmət istəyən kəsimin xeyrinə işləyəcəyini hesab edir.

“Burada qazancı olan Azərbaycan olacaq,” o bildirir.

XS
SM
MD
LG