Accessibility links

ABŞ-ın Yaxın Şərq və Şimali Afrikada bəzi səfirliklərinin fəaliyyəti bərpa edilib (Yenilənib)


Birləşmiş Ştatlar 19 səfirlik və konsulluq təhlükəsizliklə bağlı narahatlıqlara görə bağlı qaldığı bir vaxt Yaxın Şərq və Şimali Afrikada bəzi diplomatik missiyalarının fəaliyyətini bərpa edib.

Kabil, Bağdad, Əlcəzair və Dəkkə şəhərlərindəki səfirliklər ABŞ Dövlət Departamentinin bazar günü açılmasına icazə verdiyi səfirliklər arasındadır.

Dövlət Departamenti digər 19 səfirlik və konsulluğun şənbə gününədək bağlı qalacağını bildirib.

Bu missiyalara Əbu Dabi, Əmman, Qahirə, Dubay, Riyad və Tripoli şəhərləri daxildir.

Vaşinqtonda Ağ Evin sözçüsü Cey Karni səfirliklərin bağlanmasına səbəb olan təhlükənin xarakteri ilə bağlı detalları açıqlamayıb. "Biz inanırıq ki, bu təhlükə ciddiri"-deyə o bildirib.

ABŞ-ın bir neçə qanunvericisi deyib ki, bu, 2001-ci ildə Əl-Qaidənin Birləşmiş Ştatlara terror hücumlarından sonra mümkün hücumla əlaqədar ən ciddi təhlükədir.

Amerika rəsmiləri ötən həftə regionda terrorçu hücumlarının həyata keçirilməsi ehtimalının yüksək olduğunu bildirərək, missiyaların fəaliyyətini dayandırıb və Amerika vətəndaşlarına səfərlərlə bağlı qlobal miqyasda xəbərdarlıq edib.

Digər ölkələr də buna bənzər xəbərdarlıq edib.

Bundan əlavə beynəlxalq polis təşkilatı olan İnterpol da təhlükə barədə xəbərdarlıq edib.
XS
SM
MD
LG