Accessibility links

Emi Petersen: Amerikada oxumağa maraq çoxdur [Video & Fotoqalereya]


Emi Petersen: Amerikada oxumağa maraq çoxdur
please wait

No media source currently available

0:00 0:03:45 0:00

govor mržnje 

Bakıda Amerika Təhsil Sərgisi keçirilir

Bakıda Park İnn otelində ABŞ-ın Azәrbaycandakı sәfirliyinin dәstәyi ilә illik Amerika Tәhsil Sәrgisi keçirilib. Sərgidə 18 ABŞ universiteti iştirak edir.

Təhsil sərgisinə ABŞ-ın Azərbaycandakı səfirliyi sponsorluq edir.

Tədbirdə çoxsaylı tələbələr ABŞ-da təhsil imkanları haqqında məlumat əldə edib və səfir Robert Sekuta tərəfindən qarşılanıb.

Bir çox universitet öz tәlәbә tәrkibini zәnginlәşdirmәk vә azәrbaycanlı tәlәbәlәri dә öz tәrkibindә görmәyi arzu edir. Buna görә dә onlar müxtәlif tәqaüdlәr tәklif edir. Mәn azәrbaycanlı tәlәbәlәri bu imkanla yaxından tanış olmağa çağırıram.

Sәfir Sekuta bildirib ki, Birlәşmiş Ştatlarda 4 mindәn artıq universitet vә digәr ali tәhsil müәssisəsi var.

“Bir çox universitet öz tәlәbә tәrkibini zәnginlәşdirmәk vә azәrbaycanlı tәlәbәlәri dә öz tәrkibindә görmәyi arzu edir. Buna görә dә onlar müxtәlif tәqaüdlәr tәklif edir. Mәn azәrbaycanlı tәlәbәlәri bu imkanla yaxından tanış olmağa çağırıram.”

Səfir xatırladıb ki, konsulluq şöbәsi ABŞ-a tәhsil almağa gedәn tәlәbәlәrә öz dәstәyini vermәyә hazırdır.

ABŞ səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Emi Petersen Amerikanın Səsinə müsahibəsində bildirib ki, hazırda ABŞ universitetlərində 350-dən çox azərbaycanlı tələbə təhsil alır.

“Azərbaycanda ABŞ universitetlərində təhsil almağa həvəs böyükdür. Təhsli alanların sayı ildən-ilə artır. ABŞ universitetlərinin qrantlarından da istifadə etmək lazımdır.”

Onun sözlərinə görə, ABŞ-da təhsil alan Azərbaycan vətəndaşlarının çoxu öz vəsaiti hesabına təhsilini davam etdirir.

“Arzu edərdik ki, Azərbaycanın xaricdə təhsil proqramı çərçivəsində də ABŞ universitetlərini seçənlərin sayı çoxalsın,” o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG