Accessibility links

Emil Quliyev: Aeroportlar AZAL-dan ayrılmalıdır


"Aeroportlar AZAL-dan ayrılmalıdır, müstəqil fəaliyyət göstərməlidir"
please wait

No media source currently available

0:00 0:04:29 0:00

Turan İnformasiya Agentliyinin şərhçisinin Amerikanın Səsinə müsahibəsi

Turan İnformasiya Agentliyinin şərhçisi Emil Quliyev Amerikanın Səsinə müsahibəsində Azərbaycanın Avropa İttifaqının aviasiya sazişinə qoşulmamasının səbəblərindən danışıb.

Amerikanın Səsi: Sosial şəbəkələrdə Azərbaycanın Avropa İttifaqı ilə aviasiya sazişini imzalamasını uzatması barədə məlumatlar dərc olunur. Avropa İttifaqı ilə aviasiya sazişinin mahiyyəti nədir?

Yenə də hər iki tərəf sazişin 90 faizinin razılaşdırıldığını bildirdi və son addımın atılmasının lazmlığını qeyd etdilər. Tərəflərin belə bəyanatlarına baxmayaraq, yenə də, saziş imzalanmayıb.

Emil Quliyev: Ümumiyyətlə, Avropa İttifaqının təklif etdiyi aviasiya sazişinin əsl mahiyyəti ondan ibarətdir ki, ümumi standartlara uyğun olaraq qəbul olunmuş vahid qayda ilə Avropa İttifaqı ölkələrinə daxil olan aviaşirkətlər və Azərbaycanın aviaşirkətləri maneəsiz qarşılıqlı uçuşlar həyata keçirsin. Bu saziş imzlanan andan Avropa İttifaqının istənilən ölkəsində fəaliyyət göstərən aviasiya şirkəti saziş əsasında Azərbaycana müraciət edərək, əlavə danışıqlar aparmadan Bakıya birbaşa uçuşlar təşkil edə bilər. Avropa İttifaqı bu sazişi ilk dəfə 2013-cü ildə təklif edib. Qısa bir müddətdə danışıqlar gedəndən sonra dayandırılıb. Uzun müddət fasilə yaranıb. Sonradan, 2017-ci ildə yenə də Avropa İttifaqı təkrarən sazişi təklif edib. Həmin ilin oktyabrında belə bir situasiya yarandı ki, artıq hər iki tərəf sazişin 90 faiz razılaşdırıldığını bildirdi və son addımın atılmasının lazım olduğunu qeyd etdilər. Lakin, bizə məlum olmayan səbəblərdən bu saziş yenə də imzalanmadı. Növbəti fəallıq 2019-cu ilin mayına təsadüf edir. Yenə də hər iki tərəf sazişin 90 faizinin razılaşdırıldığını bildirdi və son addımın atılmasının lazımlığını qeyd etdilər. Tərəflərin belə bəyanatlarına baxmayaraq, yenə də saziş imzalanmayıb. Sazişin imzalanmamasından isə Azərbaycan dövləti, büdcəsi və Azərbaycanın sıravi vətəndaşları itirir.

Amerikanın Səsi: Azərbaycanın Avropa İttifaqı ilə aviasiya sazişini imzalaması ölkə üçün hansı yeni prioritetlər yarada bilər? Bu sazişin imzalanmasının mənfi cəhətləri də özünü göstərə bilərmi?

Sazişdə göstərilir ki, müqavilə imzalandıqdan neçə il sonra Azərbaycan hökuməti AZAL-ın subsidiyalarını dayandıracaq.

Emil Quliyev: Ən əsas prioritet ondan ibarətdir ki, Azərbaycandan, Bakıdan və yaxud Azərbaycanın digər beynəlxalq aeroportlarından Avropa şəhərlərinə birbaşa uçuşlar təşkil olunacaq. Bu da digər ölkələrin nümunələrində, - Gürcüstan, Ukrayna kimi ölkələrin nümunələrində göstərir ki, sazişdən əsasən aşağı büdcəli avia kompaniyalar istifadə edir. Yəni, lou-kost-lar (low-cost-aşağı qiymətli). Bu, Avropaya səyahət edən Azərbaycan vətəndaşları üçün birbaşa xeyirdir, onlar ucuz qiymətlərlə Avropaya uça bilərlər. O cümlədən də Avropa İttifaqı vətəndaşları ucuz qiymətlərlə Bakıya uçub gələ bilərlər. Aviasya sazişinin imzalanmasının mənfi tərəfi, yanız Azərbaycan Hava Yolları (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin idarəçiliyində ola bilər. Sazişdə də göstərilir ki, müqavilə imzalandıqdan neçə il sonra Azərbaycan hökuməti AZAL-ın subsidiyalarını dayandıracaq. Buna görə də ekspertlər bildirir ki, saziş imzalanan andan AZAL öz idarəçiliyində islahatlara başlamalıdır ki, həmin o sazişdə göstərilən müddət bitdikdən sonra müflis olmasın.

Amerikanın Səsi: Azərbaycanla müqayisədə aviasiya sazişini imzalamış ölkələrdə qiymətlər nə qədər fərqlidir?

Emil Quliyev: Azərbaycanla qonşu Gürcüstanı müqayisə etsək, bir çox hallarda, eyni aviaşirkətin, eyni Avropa şəhərinə Bakıdan və Tbilisidən uçuşunu müqayisə etdikdə iki biletin bir biletə olan qiyməti qədər fərq yaranır.

Amerikanın Səsi: Azərbaycan hökuməti ölkədə hava daşıcılığı sahəsində rəqabət mühitini genişləndirmək üçün nə etməlidir?

Avropada Azərbaycan nadir ölkələrdən biridir ki, avişirkət və aviadaşıyıcı bir şirkətə daxildir.

Emil Quliyev: Ən böyük məsələ odur ki, Azərbaycanın beynəlxalq aeroportları mili aviadaşıyıcıdan ayrılmalıdır, müstəqil fəaliyyət göstərməlidir. Avropada Azərbaycan nadir ölkələrdən biridir ki, avişirkət və aviadaşıyıcı bir şirkətə daxildir. Belə olan halda rəqabət mühiti şübhə altına düşür. Amma aeroport müstəqil bir şirkət kimi fəaliyyət göstərsə, onun rəhbərliyi AZAL-dan çox müstəqil olan bir şəxs təyin olunsa, aeroport öz mənafeyini, öz gəlirlərini güdəcək. Bu səbəbdən də ona müraciət edən aviaşirkətlərə çox uyğun qiymətlər təklif edəcək.

XS
SM
MD
LG