Accessibility links

Emin Hüseynov: “Yalnız Mehman Hüseynov deyil, bütövlükdə siyasi məhbus problemi həll edilməlidir”


Mehman Hüseynov
Mehman Hüseynov

“Qardaşımın prezidentə müraciət etməsinin həqiqətə uyğun olduğunu söyləmək çətindir. Çünki artıq 11 gündür yaxınları Mehmanla əlaqə saxlaya bilmir. Üç gün öncə vəkil Şəhla Hümbətova onunla görüşüb və ona bu barədə heç nə deməyib. Amma, bununla yanaşı Azərbaycan reallığında Mehmanın təzyiq, təsir altında belə bir məktub yazmasını da mümkün hesab edirəm.”​

Bu barədə dekabrın 26-dan həbsxanada aclıq aksiyasi keçirən bloger Mehman Hüseynovun qardaşı Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov Amerikanın Səsinə müsahibəsində bildirib.

Emin Hüseynov: “Yalnız Mehman Hüseynov deyil, bütövlükdə siyasi məhbus problemi həll edilməlidir”
please wait

No media source currently available

0:00 0:06:21 0:00

Yanvarın 21-də yerli media Mehman Hüseynovun cinayət işinin ədalətli araşdırılması, günahkar olmaması ilə bağlı prezident İlham Əliyevə müraciəti yayılıb.

Emin Hüseynov sual edir ki, "necə olur Mehmanın yazdığı müraciət mətbuatda dərc olunur?"

Hesab edirəm ki, prezident xalqla dialoqa getməlidir və tənqidi fikirlərə hörmətlə yanaşmalıdır.

​“Görünür hökumət məsələnin hansısa bir çözümünü axtarır. Bu başa düşüləndir. Artıq məsələ Avropa Parlamentinin gündəliyindədir, AŞPA-da müzakirə edilir. Hər yerdə Mehman işi müzakirə edilir. Artıq vəziyyətdən çıxış yolları axtarırlar. Azərbaycan və ya istənilən avtoritar dövlət sifətinin qorunması üçün belə siyasi texnoloji addımlar atır. Bir də görəcəksiniz ki, iki saatdan sonra prezident Mehmanın məktubu ilə bağlı deyəcək ki, tapşırıq verib, orada hansısa anlaşılmazlıq olub. Hətta ola bilsin ki, kimi isə cəzalandırsınlar.”

Emin Hüseynov hesab edir ki, prezident tərəfindən müdaxilə ola bilər və Mehman həbsdən azad edilə də bilər.

Görünür hökumət məsələnin hansısa bir çözümünü axtarır. Bu başa düşüləndir. Artıq məsələ Avropa Parlamentinin gündəliyindədir, AŞPA-da müzakirə edilir.

“Ancaq problemin həlli yalnız Mehmanla bağlı deyil. Mehman bu gün də, iki il bundan qabaq da cinayət etməyib. Ona görə, problemin həlli üçün bütün siyasi məhbuslar həbsdən azad edilməlidir. Əgər prezident Mehmanın işinə müdaxilə etmək istəyirsə, ayrıseçkilik etməsin, bütün siyasi məhbusların işinə fərdi qaydada müdaxilə edib bütün problemi həll etsin. Avropa Parlamentinin qətnaməsində də “Mehman Hüseynov və bütün siyasi məhbuslar azad edilisin” yazılıb,” o qeyd edib.

RATİ direktoru diqqəti yanvarın 19-da “Mehman Hüseynov və digər siyasi məhbuslara azadlıq” tələbi ilə keçirilən mitinqə çəkib.

“Hesab edirəm ki, prezident xalqla dialoqa getməlidir və tənqidi fikirlərə hörmətlə yanaşmalıdır. Son illərin ən izdihamlı mitinqində yalnız Mehman Hüseynova deyil, bütün siyasi məhbuslara azadlıq tələb edilib.”

Avropa Şurasının Parlament Assambleyasının yanvarın 21-də açılan sessiyasında da Mehman Hüseynovla bağlı məsələ qaldırılıb.

Stefan Şennak
Stefan Şennak

“Mehman Hüseynov məsələsi AŞPA-nin sessiyasında qaldırılıb. Azərbaycan üzrə məruzəçi Stefan Şennak danışdı. Sonra AŞPA-da Beynəlxalq QHT-lərin konfransı deyilən alt qrumda side event oldu. Orada müzakirələr aparıldı. Sabah da tədbirlər olacaq. Bizim Avropa Şurasının yüksək çinli məmurları ilə görüşlərimiz planlaşdırılır,” RATİ direktoru deyib.

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib.

O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger maye süd məhsulları içsə də qida qəbulundan imtina etməkdə davam edir.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Mehman Hüseynov həbsinin sosial şəbəkələrdə yaydığı videolarla bağlı olduğunu bildirib.

Blogerə dəstək aksiyaları ara vermir. Azərbaycanda yanvarın 2-də ictimaiyyət nümayəndələrinin blogerə dəstək məqsədii ilə başladığı aclıq aksiyası Müsavat Partiyasının mənzil qərargahında davam etdirilir.

Dünyanın müxtəlif ölkələrində də dəstək aksiyaları keçirilir.

ABŞ senatoru Marko Rubio, ABŞ Helsinki Komissiyasının həmsədri Kris Smit, ATƏT-in və Avropa Şurasının media azadlığı üzrə komissarları, Avropa Şurası Paplament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri, Fransa Xarici İşlər Nazirliyi, Böyük Britaniya parlamentinin üzvü, çoxsaylı beynəlxalq təşkilatlar Azərbaycan hökumətini Mehman Hüseynovu həbsdən azad etməyə çağırıb. Yanvarın 11-də Avropa İttifaqına daxil olan ölkələrin Bakıdakı səfirliklərinin diplomatları 1 saylı Bakı İstintaq Təcridxanasında Mehman Hüseynovla görüşüb. Avropa Parlamenti 533 səslə “Azərbaycanda vəziyyət və Mehman Hüseynovun işi” adlı qətnamə qəbul edib. Avropanın müxtəlif şəhərlərində, ABŞ-da siyasi məhbuslara azadlıq tələbi ilə piketlər keçirilib.

Öz növbəsində, Azərbaycan hökuməti beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Yüksək dövlət məmurları ölkədə hüququn aliliyinin təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu, fikirlərinə, siyasi baxışlarına görə həbs edilmədiyini bildirir.

“Möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qanunun aliliyinə söykənən vətəndaş cəmiyyətinin bütün institutları yüksək effektivliklə fəaliyyət göstərdiyi bir zamanda bu tip lazımsız, heç bir fakta əsaslanmayan qətnamənin qəbulu, heç şübhəsiz ki, onu qəbul edən qurumda təmsil olunan bəzi dairələrin çirkin niyyətindən xəbər verir," Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri, iqtidarda olan Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov Avropa Parlamentinin qətnaməsinə belə münasibət bildirib.

Bununla yanaşı, yerli hüquq müdafiəçiləri 150 nəfəri siyasi məhbus kimi tanıyır. Beynəlxalq təşkilatlar 10 jurnalist və blogerin həbsdə olduğunu bildirir. Amnesty International ondan çox insanı vicdan məhbusu elan edib.

Avropa Şurasının Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edib.

Hazırda Azərbaycan məhkəmlərində azı iki baş redaktorun (Bastainfo.com saytının redaktoru Mustafa Hacıbəyli, criminal.az saytının redaktoru Anar Məmmədov) cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG