Accessibility links

Emin Hüseynov: Azərbaycan hakimiyyətinin pozitiv imic yaratmaq üçün xarici siyasətçiləri satın almaq cəhdləri dayandırılmalıdır [Video]


Emin Hüseynov: Bəlkə də elə anamın bu vəziyyətə düşməsinin səbəbi məhz Mehmanın əsassız həbsidir
please wait

No media source currently available

0:00 0:11:07 0:00

Bir qrup azərbaycanlı və beynəlxalq hüquq müdafiəçisi Fransa prezidenti Emmanuel Makrona iyulun 20-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə Azərbaycanda insan hüquqları ilə bağlı problemlərə diqqət yetirmək çağırışı ilə müraciət edib. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibəsində bir qrup yerli və beynəlxalq hüquq müdafiləçilərinin Fransa prezidenti Emmanuel Makrona müraciəti, Azərbaycanda ifadə azadlığı və anası Firəngiz Hüseynovanın durumundan danışıb.

Müraciətin müəlliflərindən biri olan Emin Hüseynov deyib ki, hüquq müdafiəçiləri prezident İlham Əliyevi dinc yolla ifadə, din və əqidə azadlığı hüquqlarını tələb etdiklərinə görə həbs edilən bütün şəxsləri qeyd-şərtsiz azad etməyə çağırmağı xahiş ediblər.

“Bizim müraciətimizdə əsasən Azərbaycanda ifadə azadlığı, hakimiyyətin cəmiyyət qarşısında, media qarşısında hesabatlı olmaması, korrupsiyanın baş alıb getməsi və Avropa dəyərlərinə hörmət etməyərək, bu dəyərləri ayaq altına atmasından söhbət açmışıq. Və xahiş etmişik Fransa prezidentindən, eləcə də parlamentindən yuxarı və aşağı palatalarından, Senatda və Milli Assambleya üzvlərindən ki, onlar İlham Əliyevlə bu gün və sabah görüşərkən bu görüşlərdə Fransanın beynəlxalq nüfuzundan istifadə edərək, İlham Əliyevdən ifadə azadlığı və siyasi məhbusların azad olunması istiqamətində müəyyən çağırışlar etsinlər.”

RATİ direktoru beynəlxalq ictimaiyyətin Azərbaycanda vətəndaş cəmiyyəti müdafiəçilərinə dəstəyinin vacibliyini vurğulayıb.

“Fransa prezidenti Makrona da bu məktubda və parlament üzvlərinə də göstərdik ki, biz insan haqları müdafiəçiləri olaraq illərdir ki, Azərbaycandakı problemləri düzəltmək istəyirik, hökumətə, beynəlxalq təşkilatlara təkliflər veririk. Amma bizim səsimizi boğmaq üçün Əliyev hökuməti misli görünməmiş korrupsiya mexanizmini salıb və Azərbaycandan kənara artıq bu korrupsiya imkanlarını sanki icrac ediblər. Biz Fransa prezidentindən və Fransa parlamentinin üzvlərindən xahiş edirik ki, biz hüquq müdafiəçiləri lobbistlər deyilik. Biz ictimai vəkillərik. Haqları pozulmuş insanların hüquqlarını müdafiə edirik. Amma bizə əks olaraq milyardlarla pulları çirkli pulların yuyulma müxanizmlərindən istifadə edərək, faktiki olaraq Avropa Birliyinə üzv olan ölkələrin, eyni zamanda Fransanın maliyyə sistemindən istifadə edib bizə qarşı, Azərbaycan xalqına qarşı bu cinayətləri ört-basdır etmək üçün və Azərbaycan hökumətinin pozitiv imicini yaratmaq üçün. Bu, bərabər imkanlar deyil. Biz bu bərabər imkanları da istəyirik ki, bizi də tərəf kimi qəbul etsinlər. Bizim səsimizi eşitsinlər. Bu, cinayət yolları ilə atılan addımlar, lobbist addımlar hakimiyyət tərəfindən xarici siyasətçiləri satın almaq cəhdləri qarşısı alınmalıdır.”

Emin Hüseynov anasının sağlıq durumu ilə bağlı sualı cavabalndırıb. Onun sözlərinə görə, Firəngiz xanım hazırda reanimasiyadadır, qardaşı Mehman Hüseynovun vəkilləri isə onun xəstəxanada anasını ziyarət etməsinə icazə verilməsi üzərində işləyirlər.

“Mehmanın anasını görməsini ailə məqsədəuyğun hesab edir. Bəlkə də elə anamın bu vəziyyətə düşməsi məhz Mehmanın əsassız həbsidir.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG