Accessibility links

Emin Hüseynov: Azərbaycanın enerji layihələrinin maliyyələşdirilməsində insan haqları və demokratiya faktorları nəzərə alınmalıdır


Emin Hüseynovla müsahibə
please wait

No media source currently available

0:00 0:13:56 0:00

Bu günlər Amerikada səfərdə olan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov vətəndaş hüquqları fəallarının beynəlxalq maliyyə qurumları ilə keçirdiyi görüşlərdə iştirak edir. Emin Hüseynov Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibədə bildirib ki, səfərinin əsas məqsədi Dünya Bankının illik toplantısına qatılmaqdan ibarətdir.

“Biz həmkarlarımızla birlikdə Azərbaycanın və Azərbaycanla bağlı regional layihələrin maliyyələşməsində insan haqlarının və demokratiya faktorlarının nəzərə almaqla maliyyəşməni davam edib-etməmək barədə ictimai vəkillik aparırıq. Əsasən də bu müstəvidə ikitərəfli görüşlərimiz olub Dünya Bankının rəsmilərilə və Dünya Bankı qrupuna daxil olan digər institutlarla fikir mübadiləsi aparmışıq.”

Emin Hüseynovun bildirdiyinə görə, beynəlxalq maliyyə qurumları Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə üzvülüyünü demək olar dayandırması və eləcə də Açıq Hökumət təşəbbüsündə qeyri-müəyyən statusu ilə bağlı narahatlıq keçirir.

Onun sözlərinə əsasən, Qərb Azərbaycanla neft hasilatı sahəsində potensialın inkişaf etdirilməsində kifayət qədər maraqlıdır, lakin ölkədə insan haqlarının durumu, şəffaflıq və hesabatlılıqla bağlı vəziyyətdə geriləmə narahatlıqla qarşılanır.

Son zamanlar beynəlxalq hüquq müdafiə təşkilatları insan haqları pozuntularına yol verən ölkələrə qarşı sanksiyaların tətbiq edilməsi məsələsini qaldırır. Emin Hüseynov bildirib ki, ABŞ-da keçirilən görüşlər zamanı Qlobal Maqnitski Aktının gələcək perpspektivləri və potensial ölkələrin sanksiyalar siyahısına daxil edilməsi məsələsi müzakirə edilib.

“Artıq burada bir çox şeyləri başa düşüblər ki, Azərbaycan hökuməti kifayət qədər ciddi qanun pozuntularına yol verib və artıq buna göz yummaq, hətta ABŞ-da bu hansısa strateji belə deyək maraqlara görə də dəyməz”.

Emin Hüseynov hazırda həbsdə olan jurnalist, qardaşı Mehman Hüseynovun durumu ilə bağlı məlumat verib.

“Təəssüfləndirici hal odur ki, Ali Məhkəmə belə deyək, növbəti hüquqi fırıldağa yol verdi, qərarı tam ləğv etmək əvəzinə və Mehmanın heç bir günahı olmadığı bir halda Ali Məhkəmə qərarı ləğv etməli idi, lakin bilirsiz ki, məhkəmə yarımçıq bu qərarı ləğv edib və Apellyasiya Məhkəməsinə yenidən baxılması üçün göndərib. Biz hesab edirik ki, bu işi Azərbaycan hakimiyyəti ən azından ona görə edib ki, iş daha tez Avropa İnsan Haqları Məhkəməsinə getməsin və Azərbaycanda oxşar hüquqi proseduru İlqar Məmmədovun də işində Ali Məhkəmə etmişdir ki, İlqar Məmmədovun Avropa İnsan Haqları Məhkəməsindəki şikayətin baxılmasını yubatmaq üçün məhz bu hüquqi prosedura əl atıblar. Bu o demək deyil ki, Mehman Hüseynov növbəti Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılacaq və günahsız olduğu sübuta yetiriləcək məhkəmə tərəfindən. Biz buna inanmırıq və əminik ki, Mehmanı yalnız ciddi siyasi tələblər səsləndirildikdən sonra beynəlxalq tərəfdaşlar tərəfindən, xüsusən də Avropa Birliyi və ABŞ və ATƏT-in aparıcı ölkələri tərəfindən bu tələblər, sanksiya çağırışları daha ciddi şəkildə səsləndirildikdə Mehman Hüseynov və digər siyasi məhbuslarımız tezliklə azalığa çıxacaq.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG