Accessibility links

Emin Hüseynov: Siyasi dəyişiklik imkanı olmadıqda mətbuat azadlığının durumu pisləşəcək


Emin Hüseynovla müsahibə
please wait

No media source currently available

0:00 0:12:41 0:00

Beynəlxalq media qurumları ötən il ərzində Azərbaycanda media üzvlərinin həbsləri, jurnalistlər və blogerlərin sıxışdırılması və onların hüquqlarının pozulması ilə bağlı narahatlıqlarını bildirib. Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutu RATİ-nin icraçı direktoru Emin Hüseynov ötən il ərzində media sahəsində ciddi geriləmə olduğunu qeyd edib. Emin Hüseynov Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibəsində 2016-cı ildə Azərbaycanda mətbuatın durumu haqda danışıb.

“2016-cı il Azərbaycan mətbuat üçün daha bir çətin il oldu. Baxmayaraq ki, bir neçə hüquq-müdafiəçisi və tanınmış jurnalist Xədicə İsmayılova azadlığa çıxdı, bununla yanaşı Azərbaycanın ilk müstəqil qəzeti olan “Azadlıq” qəzeti faktiki olaraq çapını dayandırmalı olub, ANS tele kanalı bağlanıb və bizim tərəfimizdən qanunla məhdudlaşdırıcı bir neçə hal qeydə alınmışdı. Mən deyərdim ki, həm qanuni müstəvidə, həm insan haqları, həm də ifadə azadlığı sahəsində ciddi geriləmə müşahidə olunur. Bu gün onlarla insan hələ də həbsdədir və onların da sırasında həm jurnalistlər, blogerlər, ümumiyətlə, fikir adamları hələ də həbsdədir.”

Mən deyərdim ki, həm qanuni müstəvidə, həm insan haqları, həm də ifadə azadlığı sahəsində ciddi geriləmə müşahidə olunur.

​Emin Hüseynov 2017-ci il mətbuat üçün mühitin daha da çətinləşəcəyini gözlədiyini deyib. “Biz vəziyyətin yaxşılaşacağını gözləmirik. Hakimiyyətin bəyan etdiyi bəzi islahatlar-sanki QHT-lərə şərait yaradırlar ki, onlar işləyə biləcək-bütün bunlar boş sözlərdir. Durum daha da çətinləşəcək, jurnalistlər həbsə atılacaqlar, internet mediaları qapanacaqlar və biz artıq görmüşük ki, həm Amerikanın Səsi, AzadlıqRadiosu, Meydan TV-nin qapanması halları qeydə alınmışdır. Düzdür, sistematik və uzunmüddətli olmasa da, amma mənə elə gəlir ki, hakimiyyət sanki bir sınaq keçirdi.”

Bu həftə ABŞ-ın yeni Konqresi Etika komissiyasının səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı təşəbbüslə çıxış etdi. Lakin ictimaiyyət, siyasətçilər və insan haqları müdafiəçilərinin müdaxiləsindən sonra bu təşəbbüs geri çəkildi və komissiya təhqiqat səlahiyyətindən məhrum edilmədi. Etika komissiyası 2013-cü ildə ABŞ qanunvericilərinin Azərbaycan hökumətinin sponsorluğu ilə Bakıda keçirilən tədbirə qatılmasını da araşdırmışdı. Emin Hüseynov Avropa Şurasında siyasi korrupsiya qalmaqalını qeyd edərək, Avropa Sabitlik Təşəbbüsü tərəfindən araşdırmanın bəzi məqamlarına toxunub.

Avropa Şurasının mənəvi borcudur ki, Azərbaycanda haqsız tutulmuş insanların taleyinə biganə qalmasınlar və bu iş üzrə xüsusi məruzəçi təyin olunsun.

“EPP Siyasi qrupun AŞPA-dakı keçmiş rəhbəri Luka Volonte Milan prokurorluğu tərəfindən suçlanıb. Hazırda istintaq gedir və o, istintaqla əməkdaşlıq edir. Bir çox hallar ortaya çıxıb ki, Azərbaycan iqtidarı milyonlarla dollarları dövlət müəssisələri vasitəsilə, həmçinin İngiltərədəki offşor şirkətlər vasitəsilə bu və ya digər Avropa siyasətçilərinin hesablarına köçürüb. Bu gün biz bu məsələ ilə bağlı Avropa Şurasının müvafiq qurumlarına xüsusi müraciət hazırlayırıq ki, yanvar sessiyasında Azərbaycanda siyasi məhbusların işi üzrə xüsusi məruzəçinin təyin olunmasında korrupsiyanın ortada olması halı qeydə alınmışdı. Və bilirsiniz ki, siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin olunmamışdı Azərbaycan lobbiçilərinin AŞPA-dakı qanunsuz fəaliyyəti nəticəsində. Bu gün biz Avropa Şurasına bir də yada salacayıq ki, xüsusilə də AŞPA-ya ki, onlar bir daha səsvermə versinlər. Azərbaycanda insan haqları müdafiəçiləri, həmçinin bizim beynəlxalq tərəfdaşlarla birgə bir müraciət hazırlayırıq. Yaxın günlərdə bu müraciəti AŞPA-ya ünvanlayacayıq ki, Azərbaycan üzrə xüsusi məruzəçinin səsverməsini saxtalaşdırdığı üçün, korrupsiya ilə deputatların səsləri satın alındığı üçün yenidən Avropa Şurasının mənəvi borcudur ki, Azərbaycanda haqsız tutulmuş insanların taleyinə biganə qalmasınlar və bu iş üzrə xüsusi məruzəçi təyin olunsun.”

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG