Accessibility links

"Emin istedadı ilə nəzərə çarpırdı" [Video-Müsahibə]


"Emin istedadı ilə nəzərə çarpırdı"
please wait

No media source currently available

0:00 0:04:24 0:00

"Emin istedadı ilə nəzərə çarpırdı"

Amerikanın Səsi: Sizin Emin Aslanın həbsinə reaksiyanız necə oldu?

Kora True-Frost: Mən onun harada olduğu, düzgün hüquqi proses və vəkillə təmin olunmaması ilə bağlı dərin narahatlıq hissi keçirirəm. Məndə olan məlumata görə, o, hələ də vəkili ilə əlaqə qura bilməyib. Bu isə beynəlxalq insan haqları standartlarına görə böyük problemdir. Onun başqaları ilə əlaqə qurmasının qarşısı alınmamalıdır və ona qarşı heç bir ittiham irəli sürülmədən və hətta inzibati ölçülər götürülmədən belə vəkilə çıxışı olmalıdır.

Emin xarizmasına, qanunun və siyasətin mürəkkəb aspektlərini dərindən və idrakla təhlil etmək qabiliyyətinə görə tanınırdı.

Amerikanın Səsi: Azərbaycan barədə, xüsusuilə də oradakı siyasi mühitlə bağlı məlumatınız varmı?

Kora True-Frost: Mən beynəlxalq hüquq üzrə dərs deyirəm, ona görə də, hazırkı siyasi rəhbərliyin necə formalaşdığını və hakimiyyətin atadan-oğula keçdiyini, eləcə də azad söz məsələsinə gəldikdə açıq cəmiyyətin olmadığını və insan haqları müdafiəsi ilə məşğul olmağın təhlükəli olduğunu bilirəm.

Amerikanın Səsi: Tələbəniz olaraq Emin Aslanı necə xatırlayırsınız?

Emin Aslan
Emin Aslan

Kora True-Frost: Emin xarizmasına, qanunun və siyasətin mürəkkəb aspektlərini dərindən və idrakla təhlil etmək qabiliyyətinə görə tanınırdı. O istedadı ilə o qədər nəzərə çarpmışdı ki, mən onu öz ekspertizası və təcrübəsini paylaşmaq üçün başqa siniflərə dəvət etmişdim, çünki, dediyim kimi, o, beynəlxalq hüquq barədə mənə və öz sinif yoldaşlarına kifayət qədər yeni şeylər öyrətmişdi.

O böyük xarakerə malik, möhtəşəm insandır.

Məndə onun xarakterinə şübhə yoxdur və hesab edirəm ki, o həbsdə olmamalıdır. ​

Mən Azərbaycanda deyiləm, amma məndə onun xarakterinə şübhə yoxdur və hesab edirəm ki, o həbsdə olmamalıdır.

Amerikanın Səsi: Siz nə vaxtsa belə bir hadisə ilə üzləşmisinizmi?

Kora True-Frost: Bildiyimə görə, yox. Xeyr, xeyr. Mən Azərbaycandan olan başqa heç kəsə dərs deməmişəm. O, mənim ilk azərbaycanlı tələbəm idi və bu, dərin stres doğurur.

Emini azad etmək üçün universitet nə edə bilər? İndiyədək nəsə edilibmi? Ümumiyyətlə ABŞ nə edə bilər?

"ABŞ təhsilində önəmli olan sənin fərdi yanaşmandır"
please wait

No media source currently available

0:00 0:08:49 0:00

Kora True-Frost:Universitet rəhbərliyi hazırda nə etməli olduğunu nəzərdən keçirir. Mən bu müzakirələrdə iştirak etmirəm. Mən Eminin professoru olaraq danışıram. Dövlət Departamentidnəki dostlarımla əlaqə saxlamışam. Sabiq insan haqları müdafiəçisi olaraq deyə bilərəm ki, biz hamımız bu məsələnin ictimai müzakirəyə çıxarılmasında maraqlıyık ki, Azərbaycan hökumətinə açıq məhkəmənin, dürüst hüquqi prosesin təminatı üçün təzyiq qoyulsun. Bu ittihamlar və onları əsaslandıran sübutlar ictimaiyyətə təqdim edilməlidir. Emin elə istiqanlı və səmimi insandır ki, o, burada olduğu qısa müddətdə özünə dostlar şəbəkəsi qurub. Onun buradakı dostları, həmkarları və professorları bir-birləri ilə yazışırlar və bilmək istəyirlər ki, onu necə dərhal azad edə, dürüst hüquqi prosesə nail ola bilərlər.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG