Accessibility links

Emin Milli azad edildi


Emin Milli azad edildi
Emin Milli azad edildi

Azərbaycanda məhkəmə ötən il həbs edilmiş iki blogerdən ikincisini sərbəst buraxıb. Emin Milli bu gün Bakı appelyasiya məhkəməsi tərəfindən azad edilib. Onun yoldaşı Adnan Hacızadə dünən buraxıldı. Milli iki il yarım, Adnan isə iki il iş almışdılar. Onların hər ikisi cəzalarının yarısını çəkdikdən sonra azad olunublar. İki bloger 2009-cu ildə Bakı restoranında baş verən əlbəyaxa savaşdan sonra həbs edilmişdilər. Blogerlər və onların yanındakılar israr edirlər ki, blogerlərə mülki geyimli polislər hücum etdikdən sonra onlar həbs ediliblər. Həbsindən bir neçə gün öncə Hacızadə internetdə yerləşdirdiyi satirik videoda eşşək kostyumunda mətbuat konfransı keçirmişdi.

XS
SM
MD
LG