Accessibility links

“Hüquqlar naminə idman” koalisiyası Emin Milliyə qarşı tənqidi pisləyir


Hüquqlar naminə idman” koalisiyası - logo
Hüquqlar naminə idman” koalisiyası - logo

Berlində yerləşən online Meydan TV-nin rəhbəri Emin Milli bildirib ki, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun hədələrinə məruz qalıb. Buna səbəb onun Avropa Oyunları haqda tənqidi materiallarıdır.

Söhbət Meydan TV-də avtobusun “Atletlər kəndi”ndə üç avstriyalı idmançını vurması, britaniyalı turistin saxta müsahibəsi kimi materialların yayımlanmasından gedir. Azərbaycanda hakim rejimi ifşa etmək üçün bu və ya digər materiallardan beynəlxalq KİV-də geniş istifadə olunub.

E.Milli özü bir neçə xariciKİV-ə müsahibə verib, Avropa Oyunları çərçivəsində hakimiyyətin korrupsiya faktlarının araşdırılmasına dair materiallar dərc etdirib.

Bundan sonra E.Milli gənclər və idman naziri tərəfindən aşağıdakı məzmunlu hədələrə məruz qalıb.

“Azərbaycan dövlətİ sənə nə pislik edib? Harada olursan ol, səni tapacağıq və təşkil etdiyin bu çirkin kampaniyaya görə dövlət səni cəzalandıracaq. Sən buna görə cəzalanacaqsan. Berlində və ya başqa haradasa belə rahat gəzə bilməzsən. Bunu bil”.

“Hüquqlar naminə idman” koalisiyasına daxil olan beynəlxalq təşkilatlar bəyanatla çıxış edərək E.Millinin ünvanına hədələri pisləyib, bunu E.Millinin hüquqlarının və Olimpiya Xartiyasının pozulması kimi qiymətləndirib.

Koalisiya Azərbaycan hakimiyyətini tənqidi səsləri susdurmaq cəhdlərinə son qoymağa, siyasi məhbusları azad etməklə ölkədə azadlıqların yaxşılaşdırılması üzrə addımlar atmağa çağırıb.

Həmçinin koalisiya Avropa Olimpiya Komitəsini E.Millinin ünvanına təhdidləri açıq şəkildə pisləməyə çağırıb.

Koalisiya Almaniya hakimiyyətini E.Millinin ünvanına səslənən hədələrlə bağlı onun təhlükəsizliyini tam təmin etməyə çağırır.

Müraciəti 20-yə yaxın təşkilat imzalayıb: ARTICLE 19, Civil Rights Defenders, Committee to Protect Journalists, Freedom Now, Helsinki Foundation for Human Rights, Human Rights House Foundation, Index on Censorship, International Federation for Human Rights (FIDH) və s.

Azərbaycanın Gənclər və İdman Nazirliyinin mətbuat xidməti hələ bəyanatla bağlı şərh verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG