Accessibility links

Emissiyaların azaldılmasına yönəlmiş razılıq yük daşıma sənayesində dəyişikliyə səbəb olub


Emissiyaların azaldılmasına yönəlmiş razılıq yük daşıma sənayesində dəyişikliyə səbəb olub
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Dünya Okean Hesabatına əsasən, yüklərin dəniz vasitəsilə daşınması dünya boyu karbon emissiyalarının 3 faizinə səbəb olur. Lakin Norveçin bir yük daşıma şirkəti hibrid gəmilər istehsal edir və karbonsuz gələcək təmin etməyi planlaşdırır.

“Fiordun Gələcəklə Bağlı Təssəvvürü” adlı hibrid bərə adına tamamilə layiqdir, çünki onun sahibləri bərəni yük daşımanın gələcəyi olaraq görür.

Biz anlayırıq ki, bu, hər kəs üçün həll yolu deyil. Dərin dəniz, yəni okean vasitəsilə yük daşıma tamamilə fərqli məsələdir. Lakin “Fiordun Gələcəklə Bağlı Təssəvvürü” kimi gəmilər vasitəsilə biz ən azından bunun da mümkün olduğunu göstəririk.
Rold Sandvik

“Hibrid o deməkdir ki, biz gəmini ya təkcə dizel yanacağı, ya da 100 faiz elektrikli ötürmə sistemi ilə idarə edə bilərik” – deyə, Fiordun Gələcəklə Bağlı Təssəvvürünün baş mühəndisi Adrian Undştad bildirir.

Adi dizel mühərrikinin yanında böyük batareya otağı yerləşir.

“Burada 14 moduldan ibarət yeddi rəf var”, Undştad deyir.

“Fiordun Gələcəklə Bağlı Təssəvvürü” kimi qısa məsafə qət edən gəmilər sübut edir ki, gələcəkdə eyni cür uzun məsafə qət edən gəmiləri də istehsal etmək mümkün ola bilər.

“Biz anlayırıq ki, bu, hər kəs üçün həll yolu deyil. Dərin dəniz, yəni okean vasitəsilə yük daşıma tamamilə fərqli məsələdir. Lakin “Fiordun Gələcəklə Bağlı Təssəvvürü” kimi gəmilər vasitəsilə biz ən azından bunun da mümkün olduğunu göstəririk”, The Fjordsun baş icraçı direktoru Rold Sandvik bildirir.

Belə görünür ki, bu yaxınlarda gəmi vasitəsilə yük daşıma sənayesinin son 30 ildəki karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaltmaqla bağlı əldə olunan razılığı nəticəsində bunu etmək zəruri olacaq.

“Bu il iqlimlə bağlı çıxan ən müsbət və ən çox ümid verən xəbər Beynəlxalq Dəniz Təşkilatının 2050-ci ildək emissiyaları 50 faiz azaltmaq məqsədi ilə bağlı razılıq əldə etməsi oldu” –Norveçin iqlim və ətraf mühit naziri Ola Elvestuen söyləyir.

Yük daşıyan gəmi
Yük daşıyan gəmi

Bu qərar innovasiyaya təkan verir, təkcə emissiyaları azaltmaq baxımından deyil, həm də Yara Konqsberq kimi avtonom yük daşıma gəmilərinin istifadəsi baxımından.

Ətraf mühit fəalları deyir ki, həll yolu tapmaq təkcə planet üçün deyil, bizneslər üçün də əlverişli olacaq.

“Yük daşıma sənayesi emissiyaları azaltmalıdır. Yaxın gələcəkdə emissiya azaldan texnologiyalara investisiya etmək əvəzinə indiki kimi davam etmək baha başa gələcək. Ona görə də, gələcək üçün əlverişli texnologiyalara sərmaye qoymayan şirkətlər gələcəkdə uduzacaqlar”, Bellona-dan Yan Kcetil Polsen deyir.

Belə bir gələcəkdə təkcə innovasiya imkanları artmayacaq, həm də iqlim dəyişikliyinə qarşı mübarizə zərurətə çevriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG