Accessibility links

Emmanuel Makron ziyan dəymiş Zəfər tağını ziyarət edib


Fransa prezidenti Emmanuel Makron bu gün etiraz aksiyaları zamanı ziyan dəymiş Zəfər tağını ziyarət edib.

Daha əvvəl kabinetin təcili iclasını çağıran dövlət başçısı şəhərə Fransanın ən ağır qiyamından bir gün sonra çıxıb.

Böyük Yeddilərin Argentina sammitindən yenicə qayıdan Makron Naməlum Əsgər məbədində də olub, küçələrdə fəallar, yanğınsöndürənlər, polis zabitləri və restoran sahibləri ilə görüşüb.

Dekabrın 1-də keçirilən kütləvi etiraz aksiyaları zamanı baş verən toqquşmalarda 133 adam xəsarət alıb.

Bundan başqa 400-dən çox aksiyaçının saxlandığı xəbər verilir.

Artıq bir neçə həftədir ki, Paris və Fransanın digər şəhərlərində dizel yanacağına verginin artırılmasına qarşı kütləvi aksiyalar keçirilir.

Polis gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.

Şəhərdə onlarla metro stansiyası bağlanıb.

Fransa prezidenti Emmanuel Makron zorakılığa görə cavabdehlik daşıyanların məsuliyyətə cəlb ediləcəklərini vəd edib.

XS
SM
MD
LG