Accessibility links

İsrailin Çindəki səfirliyinin əməkdaşı bıçaqlanıb; xarici şübhəli saxlanılıb


Pekində İsrail səfirliyi. 13 oktyabr, 2023.
Pekində İsrail səfirliyi. 13 oktyabr, 2023.

İsrailin Pekindəki səfirliyində çalışan 50 yaşlı israilli bir kişi cümə günü supermarket önündə bıçaqlanıb. Bu barədə Çin polisi və İsrail hökuməti məlumat verib.

Pekin polisi bildirib ki, onlar 53 yaşlı xarici bir vətəndaşı həbs ediblər. Onlar qurbanın İsrail diplomatının ailə üzvü olduğunu bildirib. Hücumun səbəbi ilə bağlı məlumat verilməyib.

“Əməkdaş xəstəxanaya yerləşdirilib, onun vəziyyəti sabitdir," İsrail hökumətinin açıqlamasında bildirilirb, amma təfərrüat verilməyib.

Bıçaqlama hadisəsi dünya boyu müsəlmanlar cümə namazından sonra küçələrə axışaraq İsrailin Həman militant qrupunun ötən şənbə İsrailin cənubuna misli görünməmiş hücum etməsindən sonra Qəzzada bombalama kampaniyası keçirməsinə etiraz etdikləri bir vaxta təsadüf edib.

Sosial mediada yerləşdirilən videoda bir kişinin əlindəki bıçaqla yerdə uzana digər bir kişiyə bir neçə dəfə xəsarət yetirdiyi göstərilib.

Həmin ərazinə işləyən insanlar qurbanın qışqırıqlarını eşitdiklərini deyib. Polis ərazini mühasirə edib və yerdəki qan ləkələrini təmizləyib.

Bundan əlavə İsrail cümə günü Çinin Həmasın ilkin hücumu ilə bağlı bəyanatını tənqid edib. İsrailin Xarici İşlər Naziri deyib ki, səfir Rafi Harpaz Çinin Yaxın Şərq üzrə nümayəndəsi Jai Cuna ölkəsinin “dərin təəssüfünü” ifadə edib. İki diplomat cümə axşamı telefonda danışıb.

İsrailin bəyanatında bildirilib ki, “Həmas terror təşkilatının günahsız mülki vətəndaşlara qarşı törətdiyi dəhşətli qətliamı və onlarla mülki vətəndaşın Qəzzaya qaçırılması ilə bağlı açıq və birmənalı şəkildə qınanmayıb.” “Çinin açıqlamalarında İrailin özünü və vətəndaşlarını müdafiə etmək hüququnun heç bir elementi yer almır ki, bu, misli görünməmiş şəkildə və insan cəmiyyətində yeri olmayan qəddarlıqla hücuma məruz qalan hər bir suveren ölkənin fundamental hüququdur.”

Çinin xarici işlər nazirliyinin sözçüsü Vanq Venbin İsrailin bəyanatı ilə bağlı suala cavab olaraq Çinin vətəndaşlara zərər verən və beynəlxalq hüququ pozan hərəkətlərə qarşı olduğunu vurğulayıb. .

“Çin vəziyyətin deeskalasiyası və sülh danışıqlarının bərpası üçün aramsız işləməyə davam edəcək”, o deyib.

Aİ-nin xarici siyasət idarəsinin rəhbəri ilə birgə mətbuat konfransında çıxış edən Çin Xarici İşlər Naziri Vanq Yi deyib ki, Çinin Orta Şərq üzrə nümayəndəsi atəşkəs və de-eskalasiya üzərində işləmək məqsədilə yaxında regiona səfər edəcək.

Çin fələstinlilərin müstəqil dövlət tələbini dəstəkləyib. “İsrailin dövlət qurmaq haqqı var, eynilə Fələstinin də,” Vanq deyib və münaqişənin kök səbəbinin Fələstin dövlətinin yaradılmamasının olduğunu bildirib.

Pekində İsrail səfirliyi önünə normal qaydada orada dayanan formalı zabitlərdən əlavə təxminən altı mülki geyimli polis zabitini yerləşdirib. Oradan təxminən 2 kilometr aralıda yerləşən Fələstin Səfirliyinin önündə də mülki geyimli zabitlər keşik çəkir.

Müharibə başlayandan bəri Çinin sosial medialarında anti-semitik şərhlər artıb.

Çin: ABŞ gərginliyi artırır

Çinin dövlət medias regionda gərginliyin artmasına görə ABŞ-ın günahlandırıb.

“Çin hökuməti həmişə günahı birbaşa ABŞ-ın əsas müttəfiqi olan İsrailin üzərinə qoyan narrativi təbliğ edib, çünki bu, [hakim Kommunist Partiyasının] təbliğatının əsas məqsədi ilə üst-üstə düşür: beynəlxalq ictimaiyyətdə ABŞ-a xələl gətirmək,” Freedom House-da Çin, Honq Konq və Tayvan üzrə tədqiqat direktoru Yaqui Vanq deyir.

Birləşmiş Ştatlar İsrailin əsas müttəfiqi olaraq qalmağa davam edir, ancaq Netanyahunun ölkədəki məhkəmə sistemində əsaslı dəyişiklik etməsi ilə bağlı Vaşinqtonla gərginliyin artdığı bir vaxt, Çin son aylarda İsrailin baş naziri Benyamin Netanyahunun ultramillətçi və ultra-ortodosk hökuməti ilə əlaqə saxlamağa çalışıb.

ABŞ dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Austin cümə cügü İsarilə dəstək məqsədilə reggiona səfər ediblər, Prezident Co Bayden də HƏMAS-n hücumunu pisləyib. Amerika həmçinin İsrailə əlavə silah göndərib.

ABŞ-n Çindəki səfiri Nikolas Burns əvvəllər Twitter kimi tanına X-də “biz bu gün Pekində israilli diplomata hücuma görə şok olmuşuq” yazıb və deyib ki, səfirlik Çindəki İsrail səfirliyi və İsrail icmasına tam dəstəyini təklif edib.

Forum

XS
SM
MD
LG