Accessibility links

Məhbub Əmrahi: İran seçkilərində etnik kimlik önəmli rol oynayır [Audio]


Məhbub Əmrahinin fikrincə, İran seçkilərində etnik kimlik ünsürü önəmli rol oynayır. Ankarada təhsil alan azərbaycanlı yazıçı və milli fəal İran İslam Respublikasında keçirilən muxtəlif seçkilərdə etnik azlıqların iştirak səviyyəsi, habelə azərbaycanlı fəallar və təşkilatların builki prezident seçkilərindən öncə yaranmış siyasi durumdan hansı şəkildə yararlandıqları barədə Amerikanın Səsinə müsahibə verib.

please wait

No media source currently available

0:00 0:20:59 0:00
Direct link


İranda keçirilən Prezident, Məclis, Şəhər Şurası və Xübrələr (Ekspertlər) Məclisi seçkilərini şərh edən Məhbub Əmrahinin sözlərinə görə, İran İslam Respublikasının şəritçi və dini mahiyyətini ən çox təmsil edən Xübrələr Məclisinin seçkiləri adətən xalqın ən az iştirakı ilə keçirilir.

Cənab Əmrahinin fikrincə, İranda yaşayan qeyri-fars millətləri təmsil edən qruplar Xübrələr Məclisi Seçkiləri istisna olmaqla, bütün seçkilərdə etnik hüquqlar və mənfəətlərini nəzərə alaraq iştirak, və ya boykot etmək qərarı verir.
“İranda yaşayan bəzi etnik qruplar, o cümlədən kürdlər və bəluçlar arasında etnik kimlikdən əlavə məzhəb fərqliliyi də onların seçkilərlə bağlı rəftarına təsir bağışlayır. Ancaq Azərbaycan seçkilərə iştirak etmədiyi zaman etnik kimliklə qatılmamaq qərarı alır,”-deyə xoylu milli fəal qeyd edib.

Milli fəal bu il prezident seçkilərinə namizədliklərini irəli sürən siyasətçilərin seçki kampaniyaları zamanı Azərbaycan türklərinin milli məsələlərini gündəmə gətirməklərini mütəşəkkil fəaliyyət kimi qiymətləndirib.
XS
SM
MD
LG