Accessibility links

"2013-cü ilin ən böyük rüsvayçılıqları" arasında Azərbaycanın prezident seçkiləri


The worst ideas of 2013 - Washington Post
The worst ideas of 2013 - Washington Post
Birləşmiş Ştatların nüfuzlu The Washington Post qəzetinin veb səhifəsi "2013-cü ilin ən böyük rüsvayçılıqları"nı açıqlayıb. Nə qədər qəribə olsa da, siyahıda ikinci yeri Azərbaycanda baş vermiş bir hadisə tutub. Qəzet iddia edir ki, 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərindən bir gün öncə seçkilərin nəticələrinin açıqlanması heç də yaxşı hal olmayıb.

"Seçkilərdən öncə nəticələr" adlı bölmədə deyilir ki, Azərbaycan səsvermənin nəticələrini erkən - xeyli erkən açıqlayıb. "Nəticələr faktiki olaraq oktyabrda keçirilən səsvermədən tam bir gün öncə açıqlanıb. Seçki öncəsi gülünc "nəticələr" prezident İlham Əliyevin 73 faiz səs toplayaraq böyük əksəriyyətlə qələbəsini təmin etmişdi. Hökumət isə bunu onlayn applikasiyanın xətalı testi kimi qələmə verib. Seçki sonrası nəticələr isə prezidentə 84.5 faiz səs qazandırıb" - deyə The Washington Post yazır.

Bundan başqa siyahıda Nyu-York meri olmaq üçün mübarizə aparan Antoni Ueynerin kampaniyadan bir az əvvəl nalayiq sevgi mesajı göndərməsi, ABŞ-ın məşhur AT&T və Marriott şirkətlərinin 11 sentyabr hadisələrinin ildönümündə bu fəlakətdən reklam kampaniyasında istifadə etməsi, prezident Barak Obamanın təşəbbüsü ilə fəaliyyətə başlayan səhiyyə proqramının veb səhifəsinin çox asta çalışması, Boston meri Tom Meninonun şəhərdə Marafon partlayışından bir neçə gün sonra müsahibəsi zamanı iflasa uğramış Detroyt şəhərinin qayğısına qalması kimi 2013-cü ilin digər rüsvayçılıqları yer alır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG