Accessibility links

Endrü Branson Trampla görüşdü, onunla birgə dua etdi


Türkiyədə iki il həbsdə qalmış amerikalı keşiş azad edildikdən sonra Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşüb. Görüş zamanı prezidentin yanında diz çökərək əlini Trampın çiyninə qoyan Branson tanrıdan prezidentə "supertəbii idrak" verilməsinə dua edib.

Yevangelist xristian ABŞ hökumətinə onun azadlığı üçün Türkiyəyə təzyiq göstərdiyinə görə minnətdarlığını bildirib.

Mən administrasiyaya xüsusi təşəkkürümü bildirirəm. Siz həqiqətən bizim üçün mübarizə apardınız.

"Mən administrasiyaya xüsusi təşəkkürümü bildirirəm. Siz həqiqətən bizim üçün mübarizə apardınız," Branson deyib.

Tramp Bransonun 24 saat ərzində Türkiyə həbsxanasından Ağ Evə gəldiyinə "heç də pis deyil" deyə reaksiya verib.

Tramp Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirərək, ABŞ mediasına Bransonun azadlığı üçün heç bir pul ödənilmədiyini deyib.

Cümə günü Türkiyə məhkəməsi pastorun azadlığa buraxılmasına qərar verib. Keşiş Endrü Branson Ankara ilə Vaşinqton arasında diplomatik ixtilafa səbəb olmuşdu.

Keşiş Endryu Branson cümə günü türk həbsxanasından azad edilib. İzmir, Türkiyə. 12 oktyabr, 2018.
Keşiş Endryu Branson cümə günü türk həbsxanasından azad edilib. İzmir, Türkiyə. 12 oktyabr, 2018.

20 ildən uzun müddət Türkiyədə yaşayan şimali karolinalı keşişin iki il öncə həbsi ABŞ-ın Türkiyəyə sanksiyalar tətbiq etməsi və prezident Donald Trampın qınaqları ilə nəticələnmişdi.

Bu qərar iki NATO müttəfiqi arasında münasibətlərin yaxşılaşdırılması yolunda atılan ilk addım kimi yozulur.

Mən günahsızam. Mən İsanı sevirəm. Mən Türkiyəni sevirəm.

Məhkəmə terrorçuluqda ittiham olunan Bransona 3 il və 1 ay yarımlıq həbs cəzası vermişdi, lakin o, 2016-cı ilin oktaybr ayından bəri həbsdə olduğu üçün artıq azadlığa buraxılacağını bildirib.

Şahidlər deyir ki, qərar açıqlananda Branson ağlayıb. Hakimin hökmündən öncə, pastor məhkəməyə “Mən günahsızam. Mən İsanı sevirəm. Mən Türkiyəni sevirəm” deyib.

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG