Accessibility links

Energetika naziri: Azərbaycan öhdəliklərinin icrası üçün bütün imkanlarını səfərbər edib


Dünya neft bazarının sabitləşdirilməsi məqsədilə Azərbaycan kvotasına uyğun olaraq mayın 1-dən gündəlik neft hasilatını azaldır.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, aprel ayında əldə edilmiş tarixi razılaşmanın yerinə yetirilməsi OPEC və qeyri-OPEC ölkələrindən yüksək həssaslıq və qəti addımlar tələb edir.

Energetika naziri Pərviz Şahbazov
Energetika naziri Pərviz Şahbazov

Azərbaycan “Əməkdaşlıq Bəyannaməsi” iştirakçılarının qlobal neft bazarında sabitliyin və balansın bərpasının sürətləndirilməsi ilə bağlı səylərini təqdir edir və bu prosesə öz zəruri dəstəyini verir."

2018-ci ilin oktyabrında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni razılaşma çərçivəsində hasilatı 2020-ci ilin may-iyun aylarında həmin səviyyədən 164 min barrel azaltmalıdır. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır.

Azərbaycanın öhdəlikləri iyul - dekabr aylarında 131 min barrel, 2021-ci il və 2022-ci ilin aprel ayı ərzində isə 98 min barrel müəyyənləşib. Kvotalara müvafiq olaraq ölkədə gündəlik xam neft hasilatının həcmi iyulun 1-dən ilin sonunadək 587 min barreli, 2021-ci ilin yanvar-2022-ci ilin aprelində isə 620 min barreli keçməməlidir.

“Azərbaycan xarici və yerli neft istehsalçılarının bu prosesdə bərabər şərtlər çərçivəsində iştirakına nail olaraq, neft sektorunun bütün imkanlarını öhdəliklərinin icrasına yönəldib. May ayının birinci on günlüyündə Azərbaycanın öhdəliyinin icra səviyyəsi 98 faizdir. May-iyun aylarında gündəlik hasilatın 164 min barrel azaldılması üçün bütün zəruri tədbirləri görməklə neft bazarına töhfə vermək əsas hədəflərimizdəndir,” Azərbaycanın energetika naziri bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG