Accessibility links

Pərviz Şahbazov Rusiyanın energetika naziri ilə görüşüb


Pərviz Şahbazov Moskvada səfərdədir

Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Moskvada Rusiyanın energetika naziri Aleksandr Novakla görüşündə enerji sektorunda əhəmiyyət daşıyan bir sıra aktual mövzular, qlobal enerji bazarında müşahidə edilən yeni proseslər və regional əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə dair məsələlər müzakirə edilib.

Bu barədə Azərbaycan Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidməti bilsdirir ki, nazirlər iki ölkə arasında enerji mübadiləsinin artırılması və “Şimal-Cənub enerji dəhlizi”nin yaradılmasında vacib rol oynayan Rusiya və Azərbaycan enerji sistemləri arasında“Yaşma-Dərbənd” dövlətlərarası ikinci HEVX-nin tikintisi ilə bağlı müzakirələr aparılıb. Yaxın vaxtlarda İşçi Qrupunun iclasının keçirilməsi barədə razılıq əldə olunub. Bundan başqa “Samur” çayının hidroenergetik resurslarının kompleks şəkildə öyrənilməsi və Su Elektrik Stansiyasının inşası perspektivi də nəzərdən keçirilib.

Hər iki tərəf həmçinin Rusiya - Azərbaycan - Gürcüstan - Rusiya elektroenergetik həlqəsinin yaradılmasında maraqlarını ifadə edərək, üçtərəfli formatda görüşün zəruruliyini vurğulayıb.

Görüşdə neft-qaz sahəsində “Lukoyl”, “Qazprom” və “Rosneft” kimi şirkətlərin timsalında uğurlu əməkdaşlıq əlaqələrinə də diqqət yönəlib. OPEC çərçivəsində əməkdaşlığın nəticələrindən bəhs edilib.

XS
SM
MD
LG