Accessibility links

ExxonMobil Bakı-Tbilisi-Ceyhan neft kəmərinin səhmdarlarından olub


Amerikanın ExxonMobil neft şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərini idarə edən BTC Co. səhmdarlarının tərkibinə daxil olub. Bu barədə BP-nin 2017-ci ildə Azərbaycanda fəaliyyətinin yekunlarına dair hesabatında deyilir.

Turan agentliyi bildiirir ki, ExxonMobil CIECO şirkətinin 2,5% səhmini alıb. Sövdələşmə artıq baş tutub.

CIECO (Yaponiyanın ITOCHU şirkətinin törəməsi) 2015-ci ilin üçüncü rübündə BTC neft kəmərində Amerikanın ConocoPhillips şirkətinin 2,5% payını almışdı.

2003-cü ildə BТС Со. boru kəməri şirkəti təsis ediləndə ExxonMobil Bakı-Ceyhan kəmərini kommersiya baxımından riskli layihə hesab edərək ora daxil olmamışdı. Odur ki, 2006-cı ildən Amerika şirkəti "Azəri" və "Dərin sulu Günəşli" yataqlarından hasil edilən neftdən öz payını dünya bazarına Bakı-Batumi dəmir yolu vasitəsilə nəql edirdi.

Layihənin reallaşması üçün 2002-ci ilin avqustunda təsis edilən BTC Co-nun digər səhmdarları BP (30,1%), AzBTC (25%), Chevron (8,9%), Statoil (8,71%), ТРАО (6,53%), Eni (5%), Total (5%), Itochu (3,4%), Inpex (2,5%) və ONGC-dir (2,36%).

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG