Accessibility links

Prezident Xəzərdə iki strukturun işlənməsi üzrə müqaviləni təsdiq edib


Neft-qaz yataqları
Neft-qaz yataqları

Azərbaycan prezidenti İlham Əliyev İyulun 5-də SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Norveçin "Equinor" şirkəti arasında imzalanmış Xəzərin Azərbaycan sektorundakı sahələrin işlənməsi üzrə iki müqaviləni təsdiqləyib.

Müqavilələr 2018-ci il mayın 31-də Bakıda imzalanıb.

O cümlədən, SOCAR və "Equinor" "Dan Ulduzu-Əşrəfi-Aypara" perspektiv strukturunun blokunda kəşfiyyat və onların işlənməsi haqda hasilatın pay bölgüsü (PSA) sazişi imzalayıblar.

Bundan əlavə, "Equinor"la "Qarabağ" yatağının işlənməsi üzrə Risk Service Contract imzalanıb.

Layihələri həyata keçirmək üçün SOCAR və "Equinor" paritet payla (50% 50%) birgə müəssisə yaradacaq.

XS
SM
MD
LG