Accessibility links

Viliam Gill: “ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinə güclü dəstəyini davam etdirəcək”


Energetika Nazirliyində görüş
Energetika Nazirliyində görüş

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Viliam Gill, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycandakı missiyasının direktoru Caydev Sinkxin daxil olduğu geniş nümayəndə heyəti Energetika Nazirliyində görüş keçirib.

Enegetika Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, nazir Pərviz Şahbazovla nümayəndə heyəti arasında keçirilən görüşdə iki ölkə arasında, eləcədə USAİD ilə Energetika Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq, “Elektrik Enerjisi Bazarı” haqqında qanun layihəsinə dair müzakirələr aparılıb.

Energetika naziri Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələrə ABŞ-ın dəstəyinin bütün görüşlərdə vurğulanmasını və davamlı enerji əməkdaşlığına marağın ifadə edilməsini təqdir edib.

“ABŞ-ın “Cənub Qaz Dəhlizi”nə dair mövqeyi onun həyata keçirilməsi prosesində mühüm əhəmiyyət daşıyır”, nazir qeyd edib.

ABŞ-ın müvəqqəti işlər vəkili Viliam Gill bildirib ki, ABŞ Azərbaycanla bütün sahələrdə, xüsusilə enerji sektorunda əməkdaşlıqda qətiyyətlidir.

“ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinə güclü dəstəyini davam etdirəcək”, cənab Gill qeyd edib.

Görüşdə “Elektrik Enerjisi Bazarı” haqqında qanun layihəsi üzrə növbəti addımlar barədə fikir mübadiləsi aparılıb. Beynəlxalq təcrübə əsasında hazırlanan qanun layihəsinə son tövsiyələrin nəzərdən keçirilməsinin vacibliyi qeyd edilib. USAİD-in missiya direktoru Caydev Sinkxin iştirakı ilə görüləcək tədbirlərdən danışılıb.

Bundan başqa elektroenergetika sektorunda aparılan islahatlarda əməkdaşlığın təmin edilməsi üçün USAİD ilə Energetika Nazirliyi arasında Anlaşma Memorandumunun imzalanması perspektivlərinə toxunulub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG