Accessibility links

İlham Şaban: "Azərbaycan neft layihələrindən 155 milyard dollar mənfəət əldə edib"


İlham Şaban: Azərbaycan neft layihələrindən ümumilikdə 155 milyard dollar mənfəət əldə edib
please wait

No media source currently available

0:00 0:05:26 0:00

Neft Araşdırmaları Mərkəzinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə müsahibəsində Azərbaycanın beynəlxalq neft şirkətləri ilə həyata keçirdiyi layihələrdən danışıb.

Amerikanın Səsi: 1994-cü il sentyabrın 20-də Azərbaycan beynəlxalq şirkətlərin iştirakı ilə ilk müqaviləsini imzalayıb. Ötən 24 ildə Azərbaycan dövlətinin beynəlxalq layihələrdən mənfəəti nə qədər olub?

İlham Şaban: Azərbaycan 1999-cu ilin dekabrından ilk mənfəətini qazanmağa başlayıb. İndiyədək 140 milyarddan artıq dollar ekvivalenti ilə mənfəət əldə edib. Bu, sırf Azərbaycan Dövlət Neft Fonduna daxil olan gəlirlərdir, ancaq bundan əlavə, beynəlxalq şirkətlər həmçinin Azərbaycanın dövlət büdcəsinə 10 milyarddan artıq vergi şəklində ödənişlər edib. Azərbaycan tərəfinin qazancı bununla da məhdudlaşmır. Bu iri layihələr çərçivəsində podratçı, subpodratçı qismində iştirak edən dövlət şirkətləri, birgə müəssisələr, özəl şirkətlər o layihələrdən gəlir əldə ediblər, vergilər ödəyiblər. Mənfəət əldə ediblər. Bunu da ümumi hesablasaq təqribən bu da bir 5 milyard dollar həcmində olub. Yəni, bunların hamısını cəm halına salsaq Azərbaycan dövlətinin ümumilikdə qazancı bu layihələr çərçivəsində 155 milyard dollardan artıqdır.

Amerikanın Səsi: 2017-ci il sentyabrın 14-də “Azəri-Çıraq-Günəşli” layihəsi ilə bağlı müqavilənin müddəti 2050-ci ilədək uzadılıb. Bu, hansı zərurətdən irəli gəlib? Azərbaycan özü öz resurslarını istismar etmək gücündə deyil?

İlham Şaban: Bu blok çərçivəsində həmin müddətdə 430 milyon tona yaxın neft ehtiyatları çıxarılıb. Ancaq onun ü

Ümumilikdə təqribən 1 milyard ton neft ehtiyatı var. “Azəri-Çıraq-Günəşli” kontraktı çərçivəsində hələ yarıdan çox ehtiyatlar çıxarılmamış qalır.

İkinci bir tərəfdən, o ehtiyatların üzdə olan hissəsi çıxarılıb. Daha çətin hissəsi qalır. Bunun üçün də daha yeni texnologiyalara ehtiyac var idi. Başqa bir tərəfdən də Azərbaycan heç də o yolu tutmur, enerji resurslarının çıxarılması ancaq enerji təhlükəsizliyi məsələsidir. Bu, həm də milli təhlükəsizliyə bağlı bir məsələdir ki, məhz xarici şirkətlər, özü də böyük şirkətlər, böyük ölkələrə bağlı olan şirkətlər Azərbaycanda təmsil olunsunlar.

Amerikanın Səsi: “Azəri-Çıraq-Günəşli” yatağı neft layihəsidir. Ancaq onun dərin qatlarında iri qaz ehtiyatlarının olduğu barədə məlumatlar var. Qaz ehtiyatlarının işlənməsi yaxın zamanlarda mümkündürmü?

İlham Şaban: Bu, çox unikal bir layihədir. Azərbaycan tərəfi bu layihə üzrə müqaviləni imzalayarkən onun, sadəcə, perimetrini deyil, həm də dərinliyini limitləşdirmişdi. Yəni, xarici şirkətlərə 3500 metrdən dərinlikdə işlətməyə icazə verilmirdi. Ondan artıq dərinlikdə isə qaz layları mövcuddur. Təqribi hesablamalara görə, 200 milyard kub metrə yaxın bir qaz ehtiyatı mövcuddur. Ancaq bu ehtiyatların bazara çıxarılması hazırkı şəraitdə, yaxın dövr üçün heç də məqbul deyil. Çünki “Şahdəniz” kimi bir layihə var. İndi həm regional, həm uzaq bazara məhz “Şahdəniz”in ehtiyatları çıxarılır. “Cənub” qaz dəhlizi genişləndirildikcə, onun imkanları mərhələ-mərhələ artıqca məhz gündəmə “Azəri-Çıraq-Günəşli”nin dərin laylarındakı ehtiyatların bazara çıxarılması gələcək.

Amerikanın Səsi: Neft layihələri regionun iqtisadi xəritəsini necə dəyişib?

İlham Şaban: Necə ki Azərbaycan öz iqtisadiyyatında məhz neftin hesabına bu dəyişiklikləri əldə etdi, sonradan isə Azərbaycan öz iqtisadi təsir gücünə regional təsir imkanlarını əldə etdi, mən deyərdim ki, indi də “Cənub” qaz dəhlizi layihəsi o ölkələrin coğrafiyasını dəyişir. Əvvəl 3 ölkə idi, indi Balkanlaradək uzanıb gedəcək. Bu da ölkələrin həm iqtisadi-siyasi təsir baxımından, həm də onlara gətiriləcək dividendlər sayəsində Azərbaycana olan münasibəti dəyişəcək.

XS
SM
MD
LG